19 aprel 2012 01:25

"Qoy hamı bilsin ki, azərbaycanlı boksçu Londona medal üçün gedir"

Boks üzrə Azərbaycan yığmasının üzvü Məhəmməd Abdulhəmidov (56 kq) Trabzonda London Olimpiadasına lisenziya xarakterli turnirin yarımfinalına vəsiqə qazandıqdan sonra azerisport.az müxbirinin suallarını cavablayıb.
 
- Yarımfinala çıxaraq London olimpiadasına vəsiqə əldə etdiyiniz lisenziya xarakterli Trabzon turnirini necə qiymətləndirirsiniz?
- Bu turnir mənim üçün sadəcə əla keçir. Dörddə bir finalda qələbəyə gəlincə düşünürəm ki, buna layiq idim. Mən və mənim məşqçilərim Makarovala görüşə yaxşı hazırlaşmışdıq. Biz belə desək, onun taktikasını qabaqcadan tapmışdıq. Onun sadəcə şansı yox idi. O, təcrübəli rəqib idi və mən sevinirəm ki, güclü oldum.
 
- Turnirdə çıxışı davam edəcəksiniz?
- Çoxları hesab edir ki, lisenziya qazandıqdan sonra turnirdən çıxarılacam. Ancaq bu, belə deyil. Mən qələbə qazanmaq üçün gəlmişəm. Finala çıxmaq istəyirəm və olimpiya döyüşlərinə qədər rəqiblərimi daha yaxşı tanımaq istəyirəm.
 
- Lisenziya qazanmağa sizə nə kömək etdi?
- Təcrübə. Ümumdünya boks seriyasında “Baku fires”ın tərkibində qazandığım təcrübə mənə çox kömək etdi. Belə döyüşlərdən sonra Trabzonda özümü kifayət qədər yüngül hiss edirdim. Kiçik əlcəkləri geyinəndə özümü rinqin kralı hesab etdim (gülür). Zərbələri çətinlik çəkmədən endirirdim. Rəqibin nə etmək istədiyini hiss edirdim.
 
- Belə olan halda olimpiadada şanslarınız yüksəkdi.
- Belə düşünmək istərdim. Ancaq hələ ki belə uzağa baxmıram. Olimpiya medalı hər kəsin arzusudur.
 
- Sizin çəkinizdə kifayət qədər rəqiblər var.
- Bilirəm. Ən çox Kuba, Rusiya və Ukraynadan olan rəqiblərdən çəkinmək lazımdır. Ancaq biz heç kəsdən qorxmuruq. Bizim yığma ən güclülərdən biridir. Qoy hamı bilsin ki, azərbaycanlı boksçu Londona medal üçün gedir. Şəxsən mənim üçün hər şey sıfırdan başlayır.
 
- Özünüzü Azərbaycan yığmasında necə hiss edirsiniz?
- Bizdə əla ab-hava var. Klubda və yığmada mənimlə olan hər kəsə minnətdaram. Həmzət Ağayev, Yevgeni Kotov, Ruslan Xairov, həkimlər, doğmalar, yaxınlar, həmkarlarım...
 
- Vətən Hüseynliyə inanırsınız?
- Əlbəttə, o uğurla çıxış edir və boksçular üçün yeddinci lisenziyanı götürə biləcək. Vətən yaxşı formadadır və növbəti rəqibini məğlub edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.