18 aprel 2012 16:10
Məhəmmədov və Əsgərov Sofiyada öz sözlərini deməlidir
Aprelin 20-22-si aralığında Bolqarıstanın paytaxtı Sofiyada London olimpiadasına vəsiqə xarakterli ilk sərbəst güləş üzrə lisenziya turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı turnirdə sərbəst güləşçilərimiz 2010-cu il Avropa çempionu Mahmud Məhəmmədov (55 kq), 2012-ci il Avropa çempionu Toğrul Əsgərov (60 kq) və Aslanbəy Alborov (96 kq) ilə təmsil edəcəklər.
“Başa düşürük ki, bizə çox çətin olacaq. Ncaq Məhəmmədov və Əsgərov özlərini göstərməlidir. Lisenziya urunda onlara öz çəki dərəcəsində finala vəsiqə qazanmaq kifayətdir. İndi vəsiqə qazanmaq lazımdır ki, əsaslı surətdə Olimpiadaya hazırlaşa bilək və həmçinin lisenziya xarakterli digər turnirlərdə qazanılacaq xallara ehtiyac qalmasın”, deyə Azərbaycan yığmasının baş məşqçisi Saipulla Absaidov azerisport.az-a müsahibəsində bildirib.
