17 aprel 2012 17:33
“Çalışacam ki, növbəti mərhələyə vəsiqə qazanım”
Lisenziya turnirində ikinci qələbəsini qazanan boksçumuz Vətən Hüseynli (81 kq) birinci döyüşə nisbətən ikinci qarşılaşmada daha yaxşı təsir bağışladığını deyib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Birinci görüşdə daha çox yorulmuşdum. Bu dəfə 3-cü raundun sonlarına doğru müəyyən yorğunluq oldu. Döyüşdən-döyüşə irəliləyiş müşayət olunur. Ümidvaram ki, 14 finalda daha yaxşı çıxış edəcəm. Fransalı Bouheniya ilə indiyə kimi döyüşməmişəm. Amma WSB liqasında mübarizə apardığını bilirəm. Çalışacam ki, qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanım”.
