16 aprel 2012 14:56
Elvin İsayev: Bu, mənim üçün revanşdı
Boks üzrə milli komandamızın üzvü Elvin İsayevin (60 kq) Avropa Olimpiya təsnifat turnirində ikinci rəqibi yerli boksçu Fatih Keleş olacaq. Azerisport.az xəbər verir ki, yeniyetmələrin ilk Olimpiya Oyunlarının mükafatçısı bu döyüşdə qalib gəlmək üçün əlindən gələni edəcəyini söyləyib:
“İlk qarşılaşmada rəqibim rumıniyalı Çiçeryanu idi. Birinci raundda rəqibim bir qədər ciddi müqavimət göstərdi. Amma ikinci, üçüncü hissədə üstünlüyü ələ alıb qalib gəldim. İkinci görüşdə Türkiyə boksçusu Fatih Keleşlə qarşılaşacam. Ötən il Avropa çempionatında da onunla üz-üzə gəlmişdim. O zaman üstünlük mənim tərəfimdə olsa da, hakimlər qələbəni 1 xalla ona vermişdilər. Bu dəfə də yerli boksçu ilə görüşəcəm deyə, çətin olcaq. Amma bu, mənim üçün revanşdı. Qələbə qazanmaq üçün var-güclə mübarizə aparacam”.
