16 aprel 2012 14:35
“İnanıram ki, daha yaxşı çıxış edərək, qələbə qazana biləcəm”
Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə Avropa Olimpiya təsnifat turnirində ilk qələbəsini qazanan Vətən Hüseynli (81 kq) görüşlə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, millimizin üzvü döyüşündən o qədər də razı qalmayıb:
“Həmişə birinci qarşılaşmalar ağır alınır. Həm də Ukraynada 2 həftə ağır məşqlər keçmişdik. Turnirdə rəqabət güclüdü. Avropanın ən yaxşı boksçuları lisenziya uğrunda mübarizə aparırlar. İkinci görüşdə Polşa boksçusu Mateuş Triçlə üz-üzə gələcəm. Bu, onunla ilk döyüşüm olacaq. İnanıram ki, daha yaxşı çıxış edərək, qələbə qazana biləcəm”.
Qeyd edək ki, 81 kq çəki dərəcəsində 3 boksçu Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Əgər boksçumuz yarımfinalda uduzsa, onun rəqibi mütləq yarışın qalibi olmalıdı.
