15 aprel 2012 17:00

İlk rəqiblərimiz bəlli oldu

Türkiyınin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat yarışlarının püşkü atılıb. Azerisport.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz Salman Əlizadə ilk görüşünü Almaniyanı təmsil edən Hamza Toubaya qarşı keçirəcək.
 
Boksçumuz qalib gəlsə, 1/4 finalda Ferhat Pehlevan (Türkiyə) – Denis Şkarubo (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.
 
Məhəmməd Abdulhəmidov (56 kq) ilk qarşılaşmada Kristian Nagy ilə (Macarıstan)  üz-üzə gələcək. Millimizin üzvü növbəti mərhələyə yüksəlsə, Mixal Zatorski (Slovakiya) – Denis Makarov (Almaniya) cütünün qalibi ilə döyüşəcək. Makarov 2010-cu ildə Moskvada keçirilmiş Avropa çempionatının qızıl medalçısı olub.
 
Ən çətin püşk 60 kq-da yarışacaq Elvin İsayevə düşüb. Boksçumuz birinci mərhələdə Aleksandru Çuçiureanunu (Rumıniya) məğlub etsə, ikinci döyüşdə türkiyəli Fatih Keleşlə qarşılaşa bilər. Keleş Ankaradakı Avropa çempionatında da İsayevlə döyüşmüş  və hakimlərin köməyi ilə bir xal fərqlə qalib gəlmişdi. 3-cü mərhələdə isə həmyerlimizin potensial rəqibi dünya və Avropa çempionu Albert Səlimovdu.
 
Tamerlan Abdullayev (69 kq) ilk qarşılaşmada bolqarıstanlı Simieon Çhamovla münasibətlərini aydınlaşdıracaq. O, qələbə qazansa,  1/4 finalda Tomaş Kot (Polşa) – Adam Nolan (İrlandiya) cütünün  qalibi ilə döyüşəcək.
 
81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli ilk qarşılaşmada ispaniyalı Abner Loverasla üz-üzə gələcək. 1/4 finalda isə həmyerlimizin rəqibi erməni Artur Xaçatryan ola bilər. Bunun üçün Xaçatryan Mateuş Triçi (Polşa) üstələməlidi.
 
Boksçularımızdan ilk olaraq rinqə aprelin 15-də Elvin İsayev və Vətən Hüseynli çıxacaq. Millimizin hər iki üzvü Bakı vaxtı ilə saat 21:00-dan sonra döyüşəcək. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.