13 aprel 2012 16:59

Olimpiya təsnifat turniri sabah başlayır

Aprelin 14-də Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat yarışı start götürəcək. Azerisport.az xəbər verir ki, “Hayri Gür” İdman Salonunda keçiriləcək turnirdə 44 ölkənin 211 idmançısı mübarizə aparacaq.
 
Trabzon turnirində London Olimpiadasına daha 26 vəsiqənin sahibi müəyyənləşəcək. “Köhnə qitə”nin əsas boks mərkəzləri – Rusiya və Ukraynanın artıq 6 lisenziyası olduğundan onları qardaş ölkədə 4 nəfər təmsil edəcək. Rusiya milli komandasının heyətinə 2007-ci ilin dünya çempionu Albert Səlimov, son Avropa çempionları Maksim Koptyakov  və Məhəmməd Ömərov, həmçinin gənclər arasında dünya birinciliyinin qalibi Artyom Zaytsev daxil edilib. Bu boksçulardan Səlimov 60 kq-da yarışacaq həmyerlimiz Elvin İsayevin potensial rəqiblərindəndir. Ukrayna millisi Türkiyədə ölkə çempionları  Denis Şkarubo (49 kq), Aleksandr Şepelyuk (52 kq) , gənclər arasında Avropa çempionu Pavlo İşenko (56 kq) və dünya çempionatının gümüş mükafatçısı Roman Kapitonenko (91+kq) ilə təmsil olunacaq. Olimpiadanı qəbul edəcək Böyük Britaniya kvalifikasiya turnirində 5 boksçu ilə yarışacaq. Bunlardan 3-ü İngiltərədəndir. Yeniyetmələr arasında keçmiş dünya çempionu Entoni Oqoqo, Avropa çempionatının bürünc mükafatçısı Çarli Edvards, gənclər arasında Avropa çempionu Martin Uord. Daha 2 boksçu isə uelsli Coş Teylor və şotlandiyalı Cozef Kordinadır. İrlandiya yığmasının heyətində 18 yaşlı Avropa çempionu Cozef Uord eləcə də Pekin Olimpiadasının gümüş mükafatçısı Patrik Barns lisenziya qazanmağa daha çox şanslı  sayılırlar. Fransa millisi Bakıda keçirilən dünya çempionatında cəmi 3 vəsiqə qazandığından Trabzonda 7 boksçu ilə təmsil olunacaq. Heyətə WSB liqasında özünü yaxşı tərədfən göstərmiş Noordin Oubali, Abdelkader Bouhenia və Toni Yoka kimi atletlər cəlb edilib. Almaniya millisi də yarışda bir sıra gənc və istedadlı boksçularla təmsil olunacaq. Avropa çempionu Denis Makarov, dünya çempionatının bürünc mükafatçısı Ronni Beblik,  Eugen Burhard və Yohan Vitt Bundestimin əsas lisenziya ümidləridir.
 
Gənclər arasında Avropa çempionu Filip Hrqoviç (Xorvatiya, 91+kq), Afina Olimpiadasının gümüş mükafatçısı Viktor Zuyev (Belarus, 91+kq), Avropa çempionu Vyaçeslav Qojan (Moldova, 60 kq) və Tervel Pulev (Bolqarıstan, 91 kq) Hayri Gür İdman Salonunda rinqə çıxacaq tanınmış boksçulardır.
 
Xatırladaq ki, ölkəmizi lisenziya turnirində Salman Əlizadə (49 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Vətən Hüseynli (81 kq) təmsil edəcəklər.    

 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.