7 aprel 2012 12:22

Azərbaycan yığmasının 2 üzvü finalda

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə finalçılar məlum olub. Azerisport.az xəbər verir ki, ölkəmizin 2 təmsilçisi finala vəsiqə qazanıb.
 
Bunlardan biri 81 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Rauf Rəhimovdur. Həmyerlimiz əvvəlcə Ukraynanı təmsil edən Dilmurad Satıbaldiyevi 13:5 hesabı ilə məğlub edib. Yarımfinalda isə İrlandiya təmsilçisi Jon Joy Makdonah Rəhimovun zərbələri qarşısında aciz qalıb – 12:4. Millimizin üzvü finalda qazaxıstanlı Denislam Abdeşevlə üz-üzə gələcək.
 
75 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı da finalda iştirak etmək hüququ qazanıb. ¼ finalda moldovalı Yevgeni Şevçenkonu 17:2 hesabı ilə məğlub edən boksçumuz yarımfinalda Rusiya nümayəndəsi Məhəmməd Madiyev üzərində qələbə qazanıb – 9:7. Mayıllı həlledici görüşdə Qazaxıstan idmançısı Daulet Bayqabatovla qarşılaşacaq.
 
49 kq çəki dərəcəsində mübarizə aparan Ceyhin İbrahimli isə Anapada bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda yerli idmançı Yusup Qazzayevə uduzub.
 
Yığmamızın heyətində Pərviz Bağırov da (64 kq) qələbəyə namizədlərdən hesab olunurdu. İlk görüşdə qalib gələn həmyerlimiz ikinci döyüşdə kubalı Kevin Brovna 7-8 hesabı ilə uduzaraq, mükafatsız qalıb.
 
Qeyd edək ki, Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş yarışa aprelin 7-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.