5 aprel 2012 11:41

Pərviz Bağırov qələbə ilə başladı

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi boks turniri keçirilir. Azerisport.az xəbər verir ki, bu dəfəki yarışda Rusiya, Kuba, Monqolustan, İrlandiya, Serbiya, Ukrayna,  Belarus, Qazaxıstan, Özbəkistan, Moldova və digər ölkələrin 132 idmançısı mübarizə aparır.
 
Anapaya geniş tərkibli heyətlə yollanan gənclərdən ibarət milli komandamız əksər çəki dərəcələrində 2 boksçu ilə təmsil olunur. Yarışın ilk günündə rinqə çıxan həmyerlilərimizdən gənclər arasında Avropa çempionu Pərviz Bağırov (64 kq) qazaxıstanlı Alibek Adieti 10:3 hesabı ilə məğlub edib. Qeyd edək ki, boksçumuz ötən ay Bakıda keçirilmiş “Böyük İpək Yolu” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 69 kq çəki dərəcəsində yarışan Abdulla Abdullayev Qazaxıstanın digər nümayəndəsi Aytjan Şleyevi üstələyib – 9:5. Natiq Kazımov da ilk döyüşünü qələbə ilə başa vurub. Ən yüngül çəki dərəcəsində yarışan idmançımız qazaxıstanlı Anuar Batıxanovu 10:7 hesabı ilə məğlub edib. Malik Muradov (52 kq) Rusiya boksçusu Aydar Netoleyevlə bacarmayıb – 6:14. İlkin mərhələdə mübarizəni dayandıran digər həmyerlilərimizin də qarşısını Rusiya yığmasının üzvü kəsib. Alim Abbasov (56 kq) Məhəmməd-Rəşid Cəbrayılova 3:9 hesabı ilə uduzub. 60 kq çəki dərəcəsində mübarizə aparan Şahmar Əliyev isə Özbəkistan təmsilçisi Elnur Abdurraimova yenilib.
 
Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş yarışa aprelin 7-də yekun vurulacaq.  
 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.