2 aprel 2012 14:38
Həbsdən çıxan məşhur boksçumuz Almaniya klubu ilə müqavilə bağladı
Yeddi illik həbs cəzası çəkdikdən sonra bu ilin yanvarında azadlığa çıxan Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yenidən idmana qayıdıb. Azrisport.az xəbər verir ki, bu günlərdə Almaniyanın “LBN Boxpromotion” şirkətiylə iki illik müqaviləyə imza atan Məmmədov artıq məşqlərə start verib.
May ayında Fariz Məmmədovun Almaniyada bir döyüşü də nəzərdə tutulub. Qeyd edək ki, Fariz Məmmədov 2004-cü ildə iki dəfə qitələrarası çempion adını qazanıb. 2005-ci ilin yanvarında həbs olunan idmançı bu ilin yanvarında azadlığa buraxılıb. (Lent.az)
