10 mart 2012 01:58

Azərbaycan birinci oldu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar.
 
52 kq çəki dərəcəsində Salman Əlizadə ilə Tural Əhmədovun görüşü kifayət qədər maraqlı alınıb. Əhmədov Əlizadənin iştirak etmədiyi son ölkə çempionatında 1-ci yerə layiq görülmüşdü. Bu dəfə isə Avropa çempionu Salman Əlizadə 13:9 hesabı ilə qələbə qazanıb. Olimpiya oyunlarına lisenziya qazanan Elvin Məmişzadə Qazaxıstan nümayəndəsi Oljas Satibayev üzərində çətinlik çəkmədən qələbə qazanıb – 20:11. Gənclər arasında dünya birinciliyinin qalibi olan Şaban Şahpələngov (56 kq) Qriqori Nikolayçuka (Rusiya) 1 xal fərqlə uduzaraq, 2-ci yerlə kifayətlənib.
 
Turnirin sensasiyasına 64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov imza atıb. Yarımfinalda Rusiya milli komandasının 1-ci nömrəsi, Avropa çempionatının bürünc mükafatçısı Aleksandr Solyanikov üzərində qələbə qazanan boksçu final görüşünü də öz xeyrinə başa vurub. Onun London Olimpiadasına lisenziya qazanmış Heybətulla Hacəliyevlə qarşılaşması 9:9 hesabı ilə başa çatsa da, qələbə gənclər arasında Avropa çempionu Bağırova verilib.
 
Rusiya yığmasının aparıcı üzvlərindən Albert Səlimov Bakıda da rəqib tanımayıb. Dünya çempionu finalda qazaxıstanlı Berik Abdraxmanova heç bir şans verməyib – 17:5. Ümumkomanda hesabında Azərbaycan 1-ci, Rusiya 2-ci, Qazaxıstan isə 3-cь yeri tutub.
 
49 kq
Tural Əhmədov (Azərbaycan) 9:13 Salman Əlizadə (Azərbaycan)
 
52 kq
Oljas Satibayev (Qazaxıstan) 11:20 Elvin Məmişzadə (Azərbaycan)
 
56 kq
Qriqori Nikolayçuk (Rusiya) 15:14 Şaban Şahpələngov (Azərbaycan)
 
60 kq
Berik Abdraxmanov (Qazaxıstan) 5:17 Albert Səlimov (Rusiya)
 
64 kq
Heybətulla Hacəliyev (Azərbaycan) 9:9 Pərviz Bağırov (Azərbaycan
 
69 kq
Emil Məhərrəmov (Azərbaycan) 12:15 Süleyman Berdukayev (Qazaxıstan)
 
75 kq
Pyotr Xamukov (Rusiya) 15:8 Elik Aljanov (Qazaxıstan)
 
81 kq
Almat Serimov (Qazaxıstan) 7:14 Tair Pirdamov (Rusiya)
 
91 kq
İvan Klimov (Rusiya) 10:11 Aleksey Sevostyanov (Qazaxıstan)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.