9 mart 2012 01:32

Mübarizəsiz çempion oldu

“Böyük İpək Yolu” beynəlxalq boks turnirində finalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, 91+kq çəki dərəcəsində iştirakçı az olduğundan isə bu gün final döyüşü keçirilməli idi.
 
Ancaq Rusiya boksçusu İvan Veriasov rinqə çıxmadığından Məhəmmədrəsul Məcidov mübarizəsiz yarışın qalibi olub.
 
Qeyd edək ki,  60, 75, 81 və 91 kq çəki dərəcələrində həlledici döyüşlərdə Azərbaycan idmançıları təmsil olunmayacaq. Ümumilikdə isə 8 boksçumuz turnirin finalına vəsiqə qazanıb.
 
49 kq çəki dərəcəsində finalda iki həmyerlimiz – Tural Əhmədovla Salman Əlizadə üz-üzə gələcək. Əhmədovun Rusiya nümayəndəsi Pirverdi Nametovla görüşü 15:15 hesabı ilə başa çatsa da, hakimlər qələbəni həmyerlimizə verib. Avropa çempionu Salman Əlizadənin də qazaxıstanlı Temirtas Jusupovla qarşılaşması 11:11 hesabı ilə yekunlaşıb. Bu dəfə də hakimlər həmyerlimizin finala layiq olduğu qənaətinə gəliblər. Turnirin sensasiyalarından birinə Pərviz Bağırov (64 kq) imza atıb. Ötən il gənclər arasında Avropa çempionu olmuş boksçumuz böyüklər arasında qitə çempionatının bürünc mükafatçısı Aleksandr Solyanikovu (Rusiya) məğlub edib – 10:9.
 
69 kq çəki dərəcəsində Tamerlan Abdullayevlə Emil Məhərrəmov arasında da yarımfinal döyüşü gərgin mübarizə şəraitində keçib. Son ölkə çempionatının finalında da bu iki idmançı üz-üzə gəlmiş və həmin vaxt daha gənc Abdullayev qalib gəlmişdi. Bu dəfə isə Məhərrəmov rəqibini 12:9 hesabı ilə üstələyib. Millimizin üzvü finalda Anar Cəfərovu məğlub etmiş qazaxıstanlı Süleyman Berdukayevlə qarşılaşacaq. Gürcüstan komandası Bakıdan birbaşa Ukraynaya təlim-məşq toplanışına yollandığından Elvin Məmişzadə və  Heybətulla Hacəliyev gürcü rəqibləri ilə görüşmədən finala vəsiqə qazanıblar. 
 
Finalda çıxış edəcək boksçular
49 kq
Tural Əhmədov (Azərbaycan) – Salman Əlizadə (Azərbaycan)
52 kq
Oljas Sattibayev (Qazaxıstan) – Elvin Məmişzadə (Azərbaycan)
56 kq
Qriqori Nikolayçuk (Rusiya) – Şaban Şahpələngov (Azərbaycan)
60 kq
Berik Abdraxmanov (Qazaxıstan) – Albert Səlimov (Rusiya)
64 kq
Heybətulla Hacəliyev (Azərbaycan) – Pərviz Bağırov (Azərbaycan)
69 kq
Emil Məhərrəmov (Azərbaycan) – Süleyman Berdukayev (Qazaxıstan)
75 kq
Pyotr Xamukov (Rusiya) – Elik Aljanov (Qazaxıstan)
81 kq
Almat Serimov (Qazaxıstan) – Tair Pirdamov (Rusiya)
91 kq
İvan Klimov (Rusiya) – Aleksey Sevostyanov (Qazaxıstan)  

 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.