8 mart 2012 00:21

Yarımfinalçılar məlum oldu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, artıq yarımfinala vəsiqə qazanan idmançıların adları məlum olub.
 
56 kq çəki dərəcəsində mübarizə aparan Rəhim Nəcəfov Elvin Mirzəbəylini 17:10 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. Nəcəfov yarımfinalda Rusiya komandasının üzvü Qriqori Nikolayçukla üz-üzə gələcək.
 
Rusiyalı boksçu “Baku Fires” klubunun üzvü Məhəmməd Abdulhəmidovu 12:9 hesabı ilə üstələyib. Gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngov da yarımfinala vəsiqə qazanıb. O, gürcüstanlı Avtandil Qoqotaşvilini 12:7 hesabı ilə məğlub edib.
 
Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Elvin İsayev (60 kq) Qətəri  təmsil edən Aslan Mukanovu mübarizədən kənarlaşdırıb – 14:7. Azərbaycan çempionatının finalçısı Kamran Baxşəliyev (60 kq) isə 2 qat dünya və 2 qat Avropa çempionu Albert Səlimova (Rusiya) uduzub – 4:13. London Olimpiadasında iştirak edəcək Heybətulla Hacəliyev də (64 kq) Qatar nümayəndəsindən üstün olub. Həmyerlimiz Məhəmməd Abdullatifi 1-ci raundda nokauta salıb. Gərgin mübarizə şəraitində keçən döyüşlərdən biri Tamerlan Abdullayevlə Osman Əliyev arasında olub.
 
Son Azərbaycan çempionu “Baku Fires” klubunun üzvü Osman Əliyev üzərində 25:16 hesabı ilə qalib gəlib. Abdullayev yarımfinalda Emil Məhərrəmovla qarşılaşacaq. Olimpiyaçımız Soltan Migitinov isə Qazaxıstan boksçusu Elik Aljanovla döyüşdə nokauta düşüb. Güclü zərbədən sonra çətinliklə özünə gələn Migitinov döyüşü davam etdirə bilməyib. Onun sağlıq durumu sabahkı müayinədən sonra məlum olacaq. Dünya çempionumuz Məhəmmədrəsul Məcidov isə rinqə çıxmadan növbəti mərhələyə yüksəlib. Onun rəqibi döyüşməkdən  imtina edib. 91+kq çəki dərəcəsində iştirakçı az olduğundan boksçumuz artıq birbaşa finala vəsiqə qazanıb.
 
Digər boksçularımızdan Tapdıq Bayramov (60 kq), Pərviz Bağırov (64 kq), Anar Cəfərov (69 kq), Vüqar Kərimov (75 kq) yarımfinala vəsiqə qazanıblar. Yarışa martın 9-da yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.