8 mart 2012 00:08

Revanş matçı üçün heyət açıqlandı

Martın 10-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində “Baku Fires” (Azərbaycan) və “Venky’s Mumbai Fighters” (Hindistan) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin cavab matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, Hindistanda 2:3 hesabı ilə məğlub olduqdan sonra, Bakı komandası 4:1 hesabı ilə qalib gəlməlidi.
 
“Baku Fires” 3:2 hesabı ilə qalib gələrsə, əlavə döyüş təyin olunacaq. Püşkatmaya əsasən, bu döyüşdə 85 kq-dək boksçular qarşılaşacaq.
 
Artıq komandaların heyətləri məlumdu. Onlarla sizi də tanış edirik:
 
54 kq. Мəhəmməd Qurbanov (Rusiya) – İvan İlnitskiy (Ukrayna)
61 kq. İsa İsayev (Azərbaycan) – Divakar Prasad (Hindistan)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Konstantin Sniqur (İzrail)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Leonid Çernobayev (Belarus)
+91 kq. Denis Poyatsıka (Ukrayna) – Pol Kun (ABŞ)
 
Əlavə döyüş. 85 kq. Teymur Məmmədov (Azərbaycan) – Jasvir Sinqx (Hindistan)
 
Qeyd edək ki, bu cütlüyün qalibi yarımfinalda “Paris United” – “Dolce & Gabbana Milano Thunder” cütlüyünün qalibi ilə qarşılaşacaq. Fransada keçirilmiş ilk matç 3:2 hesabı ilə parislilərin xeyrinə başa çatıb.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.