3 mart 2012 00:07

Baku Fires ilk dəfə məğlubiyyət acısı yaşadı

Hindistanın Mumbay şəhərində “Venky’s Mumbai Fighters” və “Baku Fires” komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) dörddə bir finalının ilk qarşılaşması baş tutub. Azerisport.az xəbər verir ki, 2:3 hesabı ilə məğlub olan Azərbaycan komandası mövsümdə ilk məğlubiyyətinə uğrasa da, yarımfinala yüksəlmək üçün şanslarını saxlayıb.
 
Bunun üçün martın 10-da Bakıda keçiriləcək cavab matçında 4:1 hesabı ilə qalib gəlmək lazımdı. Baku Fires 3:2 hesabı ilə qalib gəldiyi təqdirdə isə, əlavə döyüş təyin olunacaq. Püşkatmaya əsasən, bu döyüşdə 85 kq-dək çəki kateqoriyasında olan boksçular qarşılaşacaq.
 
Hindistan matçına qayıdaraq qeyd edək ki, müntəzəm mövsümün görüşlərindən fərqli olaraq, burada döyüşlər artan çəki kateqoriyası üzrə deyil, qarışıq aparılıb.
 
İlk olaraq rinqə Nikolay Veselov (73 kq) və Tomaş Yablonski çıxıb. “Baku Fires”in beloruslu legioneri polyak rəqibindən üstün olub. Üç hakimdən ikisi qələbəni Veselova verib - 47:48, 50:45, 50:45. Veselov üçün bu üç matçda üçüncü qələbədir.
 
Təəssüf ki, ikinci boksçumuz Vətən Hüseynli (85 kq) məğlub oldu. Bu dəfə o ukraynalı Sergey Melnikə uduzub. Venky’s Mumbai Fighters-in Hüseynlidən 5 yaş böyük olan 24 yaşlı boksçusunun xeyrinə hər üç hakim səs verib - 49:46, 48:47, 49:46.
 
Qaribek Qermaxanov (54 kq) öz qələbə seriyasını davam etdirir. O kifayət qədər təcrübəli rəqiblə - Asiya çempionatının mükafatçısı, 2008-ci il Olimpiadasının dörddə bir finalçısı Citender Kumarla qarşılaşıb. Döyüş dördüncü raunda – hesab Qermaxanovun xeyrinə 39:37, 38:38, 38:38 olan zaman saxlanılıb.
 
Semen Qrivaçev (61 kq) filippinli Çarli Suaresə məğlub olduqdan sonra qarşılaşmada hesab bərabərləşib - 47:48, 46:49, 46:49. Venky’s Mumbai Fighters-in Hacı Murtuzəliyevə (+91 kq) qalib gəlmiş Yeni Zelandiyalı boksçusu matçda son nöqtəni qoyub - 49:46, 48:47, 48:47.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.