29 fevral 2012 00:55

İlk pley-off matçı üçün heyət açıqlandı

Martın 2-də Bakı vaxtı ilə saat 18:30-da Hindistanın Mumbay şəhərində “Venky’s Mumbai Fighters” və “Baku Fires” komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin qarşılaşması baş tutacaq. Azerisport.az xəbər verir ki, komandaların heyətləri artıq məlumdu.
 
Onlarla sizi də tanış edirik:
 
Venky’s Mumbai Fighters - Baku Fires
54 kq. Citender Kumar (Hindistan) – Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Çarli Suares (Filippin) – Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Tomaş Yablonski (Polşa) – Nikolay Veselov (Belarus)
85 kq. Serqey Melnik (Ukrayna) – Vətən Hüseynli (Azərbaycan)
+91 kq. Uaine Fa (Yeni Zelandiya) – Hacı Murtuzəliyev (Azərbaycan)
 
“Baku Fires” bu matça yalnız bir liderini – Qairbek Qermaxanovu çıxarır. WSB-nin 54 kq çəki kateqoriyasının liderini Asiya çempionatının mükafatçısı Citender Kumara qarşı çətin döyüş gözləyir.
 
Vətən Hüseynlinin rinqə ikinci çıxışını da qeyd edək. O, “Leipzig Leopards”dan Kevin Küntselə qarşı ilk döyüşündə məğlub olub. Qermaxanovdan başqa, “Baku Fires”in heyətində daha bir boksçu - Nikolay Veselov - məğlubiyyətlə qarşılaşmayıb. O, keçirdiyi hər iki döyüşdə qalib gəlib.
 
Hindistan komandasının heyətində Okeaniya çempionatının mükafatçısı, Yeni Zelandiyalı Uaine Fanı göstərmək olar. O, WSB-də iki döyüş keçirib və iki qələbə qazanıb. Tomaş Yablonski və Sergey Melnik öz ilk döyüşlərini, Çarli Suares isə üçüncü döyüşünü keçirəcək. 23 yaşlı filippinli əvvəlki iki döyüşündə bir qələbə qazansa da, bunu nokautla edib.
 
Qeyd edək ki, “Baku Fires”in Hindistanda döyüşəcək boksçular istisna olmaqla, digər idmançıları bu günlərdə Mayamidə təlim-məşq toplanışını başa çatdırırlar və yaxın günlərdə Azərbaycana gəlib, martın 10-da “Venky’s Mumbai Fighters”ə qarşı keçiriləcək cavab matçına hazırlaşacaqlar.
 
1/4 final mərhələsinin digər matçları:
 
Leipzig Leopards (Almaniya) – Dynamo Moscow (Rusiya)
Astana Arlans (Qazaxıstan) – Mexico Cuty Guerreros (Meksika)
Paris United (Fransa) - Dolce & Gabbana Milano Thunder (İtaliya)
 
“Venky’s Mumbai Fighters” – “Baku Fires” cütün qalibi yarımfinalda “Paris United” – “Dolce & Gabbana Milano Thunder” matçının qalibi ilə görüşəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.