27 fevral 2012 12:02

Yığmamız Bolqarıstanda bürünc medala sevindi (FOTO)

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, qadınladan ibarət milli komandamızın üzvləri yarışda 2 bürünc medal qazanıblar.
 
51 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova Çexiya boksçusu Yana  Yuranovanı 15:4 hesabı ilə məğlub edib. Ancaq həmyerlimiz yarımfinalda italiyalı Valeria Kalabrezeniyə 6:9 hesabıyla uduzaraq, 3-cü yerlə kifayətlənib. 75 kq çəki dərəcəsində yarışan Yelena Vıstropova da “Strandja” turnirində 3-cü yerə sahib olub. Boksçumuz əvvəlcə almaniyalı Anna Strohmayerə 18:7 qalib gəlsə də, yarımfinalda çinli Li Jinziyə 9:13 hesabı ilə uduzub. Ayzanat Hacıyeva (60 kq) isə ilk döyüşdə ukraynalı Aleksandra Sidorenkoya 5:9 hesabıyla məğlub olaraq, mübarizəni dayandırıb.
 
Təssüff ki, oğlanların turnirində mübarizə aparan 5 boksçumuz – Tural Əhmədov (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Emil Məhərrəmov (69 kq) və Zamiq Atakişiyev (91+kq) ilk döyüşdə uduzaraq, yarışdan kənarda qalıblar.  
 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.