24 fevral 2012 15:31
Salman Əlizadə qızıl medal qazandı
Moskva vilayətinin Lyubersı şəhərində Yuri Kapitonov və Vladimir Kuzinin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, “Spartak” İdman Sarayında təşkil olunan yarışda Rusiya, Ukrayna və Azərbaycanın 130 boksçusu mübarizə aparıb.
Ölkəmizi bu turnirdə Avropa çempionu Salman Əlizadə təmsil edib. Bu dəfə 52 kq çəki dərəcəsində gücünü sınayan həmyerlimiz finalda Tolyatti şəhərinin nümayəndəsi Radik Şarafuddinovu məğlub edib. Qeyd edək ki, yarışın açılış bayrağını Slman Əlizadə və Avropa çempionu Maksim İqnatyev qaldırıb. Boksçumuzla yanaşı Lyubersı şəhərinə onun şəxsi məşqçisi Nazim Mirhüseynov da yollanıb.
