20 fevral 2012 17:38

Avropa çempionatı başa çatdı

Şağan Olimpiya İdman Kompleksində boks üzrə gənclər arasında ölkə birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Paytaxtın 22, digər şəhər və rayonların 26 komandasının 189 iştirakçısı qələbə uğrunda mübarizə aparıb.
 
Gənclərdən ibarət milli komandamızın liderləri – Pərviz Bağırov və Rauf Rəhimov Azərbaycan çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıbıar. 64 kq çəki dərəcəsində mübarizə aparan ötən il İrlandiyada keçirilmiş gənclər arasında Avropa çempionatının qalibi Bağırov finalda “Rabitə” İdman Cəmiyyətinin üzvü Pərviz Hüseynovu 12:4 hesabı ilə məğlub edib.  Digər qitə çempionu Rauf Rəhimov (81 kq) isə yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Rahil Məmmədlini 18:12 hesabı ilə üstələyib. Ümumkomanda hesabında “Neftçi” İdman Sağlamlıq Mərkəzi 1-ci, “Rabitə” 2-ci, “Qizıl Əlcək” klubu isə 3-cü yeri tutub. “Neftçi” təmsilçilərindən 5-i Azərbaycan birinciliyini çempion kimi başa vurub. Qeyd edək ki, gənclərdən ibarət milli komandamızın bəzi üzvləri martın 14-dən 18-ə kimi Vilnüsdə Danas Poznyakın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə, digərləri isə Bakıda “İpək Yolu” yarışında mübarizə aparacaqlar. Gənclərin əsas yarışı isə oktyabrda Tailandda keçiriləcək dünya birinciliyi olacaq.  
 
Final görüşlərinin nəticələri
 
49 kq: Natiq Kazımov (Qızıl Əlcək) 23-10 Rüstəm Musayev (Sərhədçi)
52 kq: Murad Əliyev (Təhsil) 22:14 İbrahim Məlikov (Neftçi)
56 kq: Alim Abbasov (Rabitə) 20:22 Nəsrəddin Məmmədov (Neftçi)
60 kq: Cavid Quliyev ( Neftçi) 12:26 İman Əhmədov (Gömrükçü)
64 kq: Pərviz Hüseynov (Rabitə) 4:12 Pərviz Bağırov (Neftçi)
69 kq: Abdulla Abdullayev (İnter) 15:24 Saqi Salehli (Rabitə)
75 kq: Orxan Mayıllı (Neftçi) 17:11 Niyazbek Halayev (Qızıl Əlcək)
81 kq: Rauf Rəhimov (Neftçi) 18:12 Rahil Məmmədli (Sərhədçi)
91 kq: Tayfur Məmmədli (DİN İC) 11:8 Nurxuda Qaydarov (Neftçi)
91+kq: Sadiq Səmədov (Neftçi) 13:17 Məmmədəli Tahirov (Neftçi) 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.