18 fevral 2012 17:15

Kliçkonu şillələdi, 50 min dollar cərimələndi (VIDEO)

Ümumdünya Boks Şurası (WBC) britaniyalı boksçu Derek Çisoranı 50 min dollar cərimələyib. Azerisport.az xəbər verir ki, buna Çisoranın ukraynalı rəqibi Vitali Kliçkoya şillə vurması səbəb olub.
 
WBC prezidenti Xose Süleymanın sözlərinə görə, britaniyalı boksçunun bu hərəkəti tam biabırçılıq və ucuz təxribatdı. Onun fikrincə, belə davranış boksçu üçün qəbuledilməzdi və idmana hörmətsizliyini göstərir. Süleyman ümid etdiyini bildirib ki, Kliçko Çisora ilə rinqdə haqq-hesab çəkəcək. Britaniyalının ödəyəcəyi cərimə isə xeyriyyə məqsədlərinə sərf olunacaq. Döyüş isə bu gecə Almaniyanın Münhen şəhərində baş tutacaq. WBC versiyası üzrə hazırkı dünya çempionu Vitali Kliçko titulunu qorumağa çalışacaq.
 
Ağır çəkili ukraynalı boksçu Darek Çisoranın şilləsinə rəsmi çəkiölçmə mərasimində məruz qalıb. Vitali Kliçko həmin vaxt rəqibinə reaksiya verməyib. O bildirib ki, Çisora bu hərəkətinin cavabını rinqdə alacaq.
 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.