15 fevral 2012 11:52

Qrupun son matçı üçün heyətlər açıqlandı

Fevralın 18-də Bakı vaxtı ilə səhər saat 7-də Mexikoda “Foro Polanso” arenasında “Mexico City Guerreros” və “Baku Fires” komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) müntəzəm mövsümünün yekun 10-cu turunun qarşılaşması baş tutacaq. Azerisport.az xəbər verir ki, artıq qrupun son turunun oyunu üçün komandaların heyətləri də məlumdu:
 
Mexico City Guerreros - Baku Fires
54 kq. Aaron Alameda Lopes (Meksika) – Məhəmməd Qurbanov (Rusiya)
61 kq. Xurşid Tocibayev (Özbəkistan) – Mədadi Naqzibəyov (Tacikistan)
73 kq. Mladen Manev (Bolqarıstan) – Heybulla Mürsəlov (Azərbaycan)
85 kq. Boyan Miskoviç (Xorvatiya – Rəcəb Əliyev (Azərbaycan)
+91 kq. Omar Qarsiya (Meksika) – Fərid Şabanov (Azərbaycan)
 
“Baku Fires”ın heyətində bu matçda üç debutant – Məhəmməd Qurbanov, Rəcəb Əliyev və 2011-ci il Azərbaycan çempionatının gümüş mükafatçısı Fərid Şabanov iştirak edəcəklər. 61 kq-dək çəki kateqoriyasında çıxış edən İsa İsayevin də ilk döyüşünə çıxacağı gözlənilsə də, məşqçilər qələbə qazandığı təqdirdə ilk iki yerdən birini və fərdi finalda iştirakı özünə təmin edəcək Mədadi Naqzibəyovu heyətə salmaq qərarına gəliblər. Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Mədadi Xurşid Tocibayevlə mübarizə aparmış və qələbə qazanmışdı. 
 
Naqzibəyov kimi, Xeybulla Mürsəlov da qələbə qazandığı təqdirdə finala vəsiqəni təmin edəcək. Xatırladaq ki, hər iki boksçumuzun dörd qələbəsi və bir məğlubiyyəti var. Mürsəlov kifayət qədər ciddi rəqiblə - 2010-cu il Avropa çempionatının bürünc mükafatçısı Mladen Manevlə qarşılaşacaq. 
 
Meksika klubunun “Baku Fires”ə qarşı çıxarılmış digər boksçuları hər biri ya bir döyüş keçiriblər, ya da ümumiyyətlə ilk dəfə olaraq WSB-də çıxış edəcəklər. Bundan başqa yeganə döyüşünü Bakıda keçirmiş və burada Qairbek Qermaxanova məğlub olmuş Aaron Alameda Lopesi də qeyd etmək lazımdır. Söz düşmüşkən, Qermaxanov artiq özünə finala vəsiqəni təmin edib. 85 kq-da isə Azərbaycan finalı baş tuta bilər - Azamat Murtuzəliyev Ramazan Məhəmmədova qarşı.
 
Turnir cədvəli:
1. Baku Fires – 27 xal, döyüşlərin fərqi – 37-8 (9 matç)
2. Mexico City Guerreros – 19, 29-15 (9)
3. Leipzig Leopards – 13, 22-23 (9)
4. Paris United – 12, 17-22 (8)
5. Istanbul Bosphorus – 11, 18-27 (9)
6. Beijing Dragons – 3, 6-34 (8)
 
“Baku Fires” və “Mexico City Guerreros” B qrupunda müvafiq olaraq 1-ci və 2-ci yerləri özlərinə təmin ediblər. Xatırladaq ki, komandamız artıq öz rəqibinin kim olacacağını da bilir – bu, “A” qrupunda 4-cü yeri tutmuş Hindistanın “Venky’s Mumbai Fighters” klubudu.
 
“B” qrupunda digər matçların keçirilmə tarixi:
17 fevral – Paris United – Leipzig Leopards
21 fevral - Beijing Dragons - Paris United
22 fevral - Beijing Dragons - Istanbul Bosphorus

 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.