14 fevral 2012 11:42
Azərbaycan çempionatı başlayır
Fevralın 15-də Şağan Olimpiya Kompleksində gənclər arasında boks üzrə Azərbaycan çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, 10 çəki dərəcəsində - 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 və 91+kq-da keçiriləcək yarışda respublikamızın müxtəlif şəhər və rayonlarının idman cəmiyyətlərinin və klublarının nümayəndələri mübarizə aparacaqlar.
Döyüşlər hər gün saat 15.00-da başlayacaq. Azərbaycan birinciliyinin finalı fevralın 19-da saat 14-də keçiriləcək. Qaliblər və mükafatçılar milli komandanın heyətinə cəlb ediləcək və qarşıdakı beynəlxalq turnirlərdə iştirak edə biləcəklər.
Qeyd edək ki, bu il gənclər arasında dünya birinciliyi oktyabr ayında təşkil olunacaq.
