13 fevral 2012 12:24

Azərbaycan yığması üçün Strandja

Azərbaycan boksçuları fevralın 22-də ilin ikinci yarışında iştirak edəcəklər. Azerisport.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq ənənəvi “Strandja” turnirində həm kişilərdən ibarət milli komandamız, həm də qadınlar mübarizə aparacaq.
 
“Unversiada” İdman Sarayında təşkil olunacaq yarışa komandamızı qadınlardan ibarət milli komandanın baş məşqçisi Aleksandr Denisov, yığmanın məşqçisi Nəriman Abdullayev və Rasim Məmmədov aparacaq. Kişilərin turnirində cəmi 5 boksçumuz çıxış edəcək.  52 kq çəki dərəcəsində Bolqarıstanda ölkəmizi son Azərbaycan çempionu Tural Əhmədov təmsil edəcək. Qeyd edək ki, bu boksçu  ölkə çempionatında 49 kq çəki dərəcəsində bütün rəqiblərini üstələmişdi. Yığmanın heyətində 2 təcrübəli boksçu da var. Bunlar Azərbaycan çempionatında 2-ci yeri tutmuş Rəhim Nəvəfov (56 kq) və Emil Məhərrəmovdur (69 kq). Elvin İsayev (60 kq) uzun müddətli zədədən sonra ilk dəfə Bolqarıstanda rinqə çıxacaq. Heyətdəki digər boksçu isə superağır çəkidə döyüşəcək Zamiq Atakişiyevdir.
 
“Strandja” turnirində qızlar yalnız Olimpiya çəkilərində (51,60 və 75 kq) yarışacaqlar. Milli komandamızın heyətinə Neft Ölkələrinin Dünya Kubokunda gümüş medal qazanmış Yelena Vıstropova (75 kq), Ayzanat Hacıyeva (60 kq) və Anna Əlimərdanova (51 kq) daxil edilib.
 
Fevralın 25-də başa çatacaq yarışda Kuba, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, Çin, Özbəkistan kimi boksda böyük ənənələri olan ölkələrin nümayəndələri də iştirak edəcəklər. İlkin məlumata görə, “Strandja” turnirində ümumilikdə 163 idmançı (127-i oğlan, 36-sı isə qadınlar) gücünü sınayacaq. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.