11 fevral 2012 12:11

Baku Firesdən ardıcıl 9-cu qələbə

Almaniyanın Halle şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun matçında “Leipzig Leopards” (Almaniya) və “Baku Fires” (Azərbaycan) komandaları qarşılaşıblar. Azerisport.az xəbər verir ki, ölkəmizin təmsilçisi 4:1 hesabı ilə qalib gəlib və aktivinə 9-cu qələbəsini yazıb.
 
Döyüşlərin nəticələri:
 
“Leipzig Leopards” – “Baku Fires”
54 kq. Dennis Villi Ceylan (Danimarka) - Məhəmməd Əbdülhəmidov (Azərbaycan) - 49:46, 47:48, 47:48
61 kq. Artur Bril (Almaniya) - Semyon Qrivaçyov (Azərbaycan) – 45:50, 45:50, 45:50
73 kq. Ştefan Hertel (Almaniya) - Nikolay Veselov (Belarus) - 45:50, 45:50, 45:50
85 kq. Kevin Küntsel (Almaniya) - Vətən Hüseynli (Azərbaycan) - 48:47, 48:47, 48:47
+91 kq. Filipp Gruner (Almaniya) - Hacı Murtuzəliyev (Azərbaycan) - Murtuzəliyev 2-ci raundda texniki nokautla qələbə qazanıb
 
Dünən “B” qrupunda daha bir matç keçirilib. İstanbulda yerli “Istanbul Bosphorus” klubu “Mexico City Guerreros”a (Meksika) 0:5 hesabı ilə məğlub olub. “Baku Fires” qrup mərhələsində sonuncu matçını məhz Meksikada keçirəcək. Döyüşlər fevralın 17-də baş tutacaq.
 
Тurnir cədvəli:
1. Baku Fires – 27 xal, döyüşlərin fərqi – 37-8 (9 matç)
2. Mexico City Guerreros – 16, 24-15 (8)
3. Leipzig Leopards – 13, 22-23 (9)
4. Paris United – 12, 17-22 (8)
5. Istanbul Bosphorus – 11, 18-27 (9)
6. Beijing Dragons – 3, 6-29 (7)
 
Əlavə etmək lazımdır ki, artıq komandamızın pley-off mərhələsində ilk rəqibi məlumdu. Bu “A” qrupunda 4-cü yeri tutan Hindistanın “Venky’s Mumbai Fighters” klubudu. 1/4 final matçları martın 2/3 və 9/10 tarixlərinə salınıb. “Baku Fires” qrup qalibi olaraq birinci matçı səfərdə keçirəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.