10 fevral 2012 12:03

Yığma komandamızın Macarıstan fiaskosu

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, turnirin ilk günündə rinqə çıxan 3 boksçumuzun hamısı rəqiblərini məğlub etsələr də, 2-ci gün komandamız üçün uğursuz  olub.
 
56 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov İsveç komandasının təcrübəli üzvü Bəşir Həsəni 14:10 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti rəqibi Pekin Olimpiya oyunlarının iştirakçısı türkiyəli Furkan Ulaş Məmiş olub. Gərgin mübarizə şəraitində keçən görüşdə Türkiyə boksçusu 1 xal üstünlüklə  (12:11) qalib gəlib.
 
69 kq çəki dərəcəsində yarışan Tamerlan Abdullayev də turnirə qələbə ilə başlayıb. 19 yaşlı boksçusu ötən il Ankarada keçirilmiş Avropa çempionatının qalibi Fred Evans (Uels) üzərində qələbə qazanıb. Gərgin mübarizə şəraitində keçən döyüş Abdullayevin 1 xal üstünlüyü ilə yekunlaşıb – 8:7. Lakin millimizin üzvü ikinci görüşdə  özbəkistanlı Əhməd Mamadjanova 7:17 hesabı ilə uduzub.
 
Yeni çəki dərəcəsində (81 kq) mübarizə aparan Rahib Bəylərov da ilk döyüşdə qalib gəlib. Təcrübəli idmançı slovakiyalı Dirnfeld Sandronu yarışdan kənarlaşdırıb – 12:11. Ancaq Bəylərov ikinci qarşılaşmada Finlandiya boksçusu Ville Kasper Hukkanenə 4:12 hesabı ilə uduzub.
 
Cavid Çələbiyev (52 kq) də yarışda mübarizənı dayandırıb. Azərbaycan çempionu cənubi koreyalı Şin Donq Myunqa 6:19 hesabı ilə məğlub olub. Kamran Mehdiyev (91 kq) isə Özbəkistan boksçusu Rüstəm Tulaqanovla döyüşdən məğlub ayrılıb – 6:16. Yarışa 5 boksçu ilə yollanmış komandamız Macarıstan turnirində çıxışını başa vurub.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.