8 fevral 2012 11:51

Vətən Hüseynli WSB-də debütə hazırlaşır

Fevralın 10-da Bakı vaxtı ilə saat 23:00-da Almaniyanın Halle şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun matçında “Leipzig Leopards” (Almaniya) və “Baku Fires” (Azərbaycan) komandaları qarşılaşacaqlar. Azerisport.az xəbər verir ki, artıq komandaların bu oyun üçün heyətləri məlumdu:
 
Leipzig Leopards - Baku Fires
54 kq. Dennis Villi Ceylan (Danimarka) - Məhəmməd Əbdülhəmidov (Azərbaycan)
61 kq. Artur Bril (Almaniya) - Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Ştefan Hertel (Almaniya) - Nikolay Veselov (Belarus)
85 kq. Kevin Küntsel (Almaniya) - Vətən Hüseynli (Azərbaycan)
+91 kq. Filipp Gruner (Almaniya) - Hacı Murtuzəliyev (Azərbaycan)
 
Qeyd edək ki, Vətən Hüseynli “Baku Fires”ın heyətində ilk döyüşünə çıxacaq. Boksçumuzu ciddi rəqib gözləyir. Kevin Küntsel keçirdiyi hər üç matçda qələbə qazanıb.
 
Məhəmməd Əbdülhəmidov da eyni göstəriciyə malikdi. O, danimarkalı Dennis Villi Ceylanla mübarizə aparacaq.
 
“Leipzig Leopards”ın heyətində Semyon Qrivaçyovun rəqibi olan yeniyetmələr arasında olimpiya və dünya çempionu Artur Brili də qeyd etmək olar.
 
Xatırladaq ki, Bakıda Azərbaycan klubu almanları 5:0 hesabı ilə məğlub edib.
 
Turnir cədvəli:
1. Baku Fires – 24 xal, döyüşlərin fərqi - 33-7 (8 matç)
2. Leipzig Leopards – 13, 21-19 (8)
3. Mexico City Guerreros – 13, 19-15 (7)
4. Paris United – 12, 17-22 (8)
5. Istanbul Bosphorus – 11, 18-22 (8)
6. Beijing Dragons – 3, 6-29 (7)
 
“Baku Fires”ın yer aldığı “B” qrupunda bu həftə daha bir matç baş tutacaq: Istanbul Bosphorus (Türkiyə) - Mexico City Guerreros (Meksika).

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.