30 yanvar 2012 00:15

“Azərbaycanın Olimpiadada medal şansları daha çoxdu”

Bu günlərdə 2004-cü ilin olimpiya çempionu, 2000-ci il Olimpiadasının gümüş mükafatçısı, Rusiya yığmasının heyətində Avropa çempionu, Dağıstanın keçmiş məşhur boksçusu Qaydarbek Qaydarbekov Bakıya gəlmişdi. Azerisport.az xəbər verir ki, Rusiyanın Əməkdar idman ustası Azərbaycan paytaxtına səfəri zamanı eləcə də “Baku Fires” və “Istanbul Bosphorus” boks komandalarının WSB versiyası üzrə görüşünü işləyib.
 
- Bakı xoşunuza gəldi?
- Havanın soyuq olmasına baxmayaraq burda olmaqdan məmnun qaldım. Mənim Azərbaycanda çoxlu dostum və tanışım var. Mən bura onları görməyə, həmçinin həmyerlilərimin də çıxış etdiyi “Baku Fires” komandasının matçını izləmək üçün gəldim.
 
- Azərbaycan komandasının türklərlə matçı sizdə hansı təəssuratları oyatdı?
- Möhtəşəm şou və əla döyüşlər oldu! Ən yaxşı təəssüratlar oyatdı məndə. “Baku Fires”ın boksçuları əla çıxış edərək 5:0 hesablı qələbə qazandılar. Və təkcə bu matçda belə olmur. Bildiyimə görə, komandanız məğlubiyyətsiz irəliləyir və mövsümdə qələbəyə ən əsas favoritlərdən biridir.
 
- Qeyd etdiniz ki, sizin bir neçə həmyerliniz Azərbaycan klubunun şərəfini qoruyur. Ayrıca olaraq kimisə fərqləndirə bilərsiniz?
- Bilirsiniz, bu matçda “Baku Fires” boksçularının beşi də konkret olaraq çox yaxşı döyüş sərgilədi. Uşaqların hamısı qələbə qazandı. Kimsə rəqibi vaxtından qabaq məğlub etdi, kimsə beş raundun hamısını döyüşməli oldu. Lakin ümumilikdə bütün boksçular özlərini yaxşı tərəfdən göstərdilər.
 
- “Baku Fires”ın bir çox boksçularını siz yaxşı tanıyırsınız. Onların bugünki hazırlıq səviyyəsi necədi?
- Deyə bilərəm ki, onlar öz səviyyələrini əhəmiyyətli dərəcədə artıra biliblər. Uşaqlar onlar üçün Azərbaycanda yaradılmış şəraitdən çox razılıq edirlər. Onlar burada inkişaf edirlər. Fürsətdən istifadə edərək, ölkənizin rəhbərliyinə, Azərbaycan Boks Federasiyasının rəhbərlərinə və “Baku Fires” klubuna boksa göstərdikləri dəstəyə görə öz təşəkkürümü bildirmək istərdim.  
 
- Azərbaycanlı boksçularla rinqdəki görüşlərdən yaddaşınızda hansı xatirələr qalıb?
- Hər zaman paylaşdığımız çox xoş xatirələr qalıb. Bax, elə bu yaxında Surqutda keçirilən turnirdə görüşdük. Daim ünsiyyətdə oluruq, əlaqə saxlayırıq. Mənimlə eyni vaxtda boks yarışlarında çıxış edən Rovşən Hüseynovla və digər boksçularınızla çox yaxşı münasibətlərimiz var.
 
- Rusiya boksunun şərəfi üçün çalışmağa davam edirsinizmi?
- Mən indi Dağıstanın Bədən tərbiyəsi və idman nazirliyində işləyirəm, respublika üzrə boks yarışlarına rəhbərlik edirəm. Boks məktəbləri açırıq, məşğul olduğumuz idman növünün dirçəldilməsi üçün əlimizdən gələni edirik. Demək olar ki, Baku Fires-də əsasən elə bizim yetirmələrimiz çıxış edir (gülümsəyir). Azərbaycanda yaradılan şərait hələ ki Dağıstanda yoxdur. Biz bu uşaqlara görə fəxarət hissi keçiririk, Azərbaycana görə qürur duyuruq.
 
- Qarşıdan Olimpiya oyunları gəlir. Azərbaycan və Rusiya yığmalarının Londondakı perspektivlərini necə görürsünüz?
- Olimpiada elə bir idman yarışıdır ki, əvvəlcədən nəsə demək çox çətindir. Azərbaycan dünya çempionatında nəyə qadir olduğunu sübuta yetirib. Sizin dünya çempionunuz da, gümüş medalçınız da var. Ona görə də medal qazanmaq şanslarınız daha çoxdu. Dünya çempionatının yekunlarına görə, Azərbaycan boksu Ukraynadan sonra dünyada 2-ci yerdədir. Bu çox şeydən xəbər verir. Rusiya boksuna gəldikdə isə son vaxtlar bir qədər zəifləmə hiss olunur, ancaq buna baxmayaraq, Londonda mükafat qazanmaq əzmimiz böyükdür.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.