22 yanvar 2012 00:26
Baku Fires pley-offa vəsiqəni rəsmiləşdirdi
“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunun matçında Azərbaycanın “Baku Fires” və Türkiyənin “Istanbul Bosphorus” komandaları qarşılaşıblar. Azerisport.az xəbər verir ki, “Baku Fires” 5:0 hesabı ilə qalib gələrək aktivinə növbəti 3 xalı yazıb.
Nəticədə, komandamız artıq pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Döyüşlərin nəticələri isə aşağıdakı kimi olub:
Baku Fires - Istanbul Bosphorus
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Aydın Sakal (Türkiyə) – 50:45, 50:44, 50:44
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Bunyamin Aydın (Türkiyə) - 50:45, 50:45, 49:46.
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Erol Ozkal (Türkiyə) – texniki nokautla Mürsəlov 3-cü raundda qalib gəlib
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Caner Sayak (Türkiyə) - texniki nokautla Murtuzəliyev 5-ci raundda qalib gəlib
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Aleksey Sivko (Ukrayna) - texniki nokautla Abdullayev 4-cü raundda qalib gəlib
Komandamızın yer aldığı “B” qrupunda “Paris United” (Fransa) “Mexico City Guerreros” (Meksika) klubuna 2:3 hesabı ilə uduzub. Digər matçda “Leipzig Leopards” (Almaniya) “Beijing Dragons”u (Çin) qonaq edəcək.
Turnir cədvəli:
1. Baku Fires – 21 xal, döyüşlərin fərqi - 30-5 (7 matç)
2. Mexico City Guerreros – 13, 19-15 (7)
3. Leipzig Leopards – 10, 15-15 (6)
4. Paris United – 8, 11-18 (6)
5. Istanbul Bosphorus – 8, 14-21 (7)
6. Beijing Dragons – 3, 5-20 (5)
