19 yanvar 2012 13:56
Paytaxt klubundan daha dörd transfer
“Baku Fires” heyətini bir qədər də gücləndirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu yanvarın 16-da bağlanmış “transfer pəncərəsi” zamanı son anda daha dörd idmançını heyətinə qatıb.
Bunlar Oraz Avzalşoyev (61 kq, Tacikistan), Osman Əliyev (73 kq, Azərbaycan), Serqey Lapin (73 kq, Ukrayna) və Rəcəb Əliyevdi (85 kq, Azərbaycan).
Xatırladaq ki, bundan əvvəl “Baku Fires”ın sifariş ərizəsinə 9 yeni boksçunun adı daxil edilmişdi:
Cavid Çələbiyev (54 kq, Azərbaycan), Koba Pxakadze (61 kq, Gürcüstan), Teymur Məmmədov (85 kq, Azərbaycan), Vətən Hüseynli (85 kq, Azərbaycan), Asxab Əbdülxaliqov (85 kq, Azərbaycan), Zamiq Atakişiyev (+ 91 kq, Azərbaycan), Fərid Şabanov (+ 91 kq, Azərbaycan), Denis Poyatsıka (+ 91 kq, Ukrayna), İlqar Allahverdiyev (+ 91 kq, Azərbaycan).
Lakin onu da qeyd edək ki, rusiyalı boksçu Maqomed Qurbanovu (54 kq) heyətə qatmaq mümkün olmayıb.
