14 yanvar 2012 21:05
Baku Firesdən daha bir qələbə
Makaoda (Çin) “Zonqyi” İdman sarayında “Beijing Dragons” (Çin) və “Baku Fires” (Azərbaycan) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçı keçirilib. Azerisport.az xəbər verir ki, “Baku Fires” növbəti qələbəsini qazanıb – 4:1.
Döyüşlərin nəticələri isə belə olub:
Beijing Dragons - Baku Fires
54 kq. Kvinqksian Mai (Çin) - Qairbek Qermaxanov(Azərbaycan) - 46:48, 45:49, 46:49
61 kq. Ksiaohu Liu (Çin) – Semyon Qrivaçyov(Azərbaycan) - 48:47, 48:47, 49:46
73 kq. Donqksu Şanq (Çin) – Məhəmməd Nurudzinov(Belarus) – 46:49, 47:48, 45:50
85 kq. Jianjenq Vanq (Çin) – Ramazan Məhəmmədov (Azərbaycan) - 48:47, 46:49, 46:49
+91 kq. Cozef Dennis Parker (Yeni Zelandiya) – Hacı Murtuzəliyev (Azərbaycan) - 47:48, 47:48, 47:48.
“B” qrupunda digər matçların nəticələri: "Mexico City Guerreros" (Мeksika) - "Leipzig Leopards" (Almaniya) – 5:0, "İstanbul Bosphorus" (Türkiyə) - "Paris United" (Fransa) – 4:1.
Turnir cədvəli:
1. Baku Fires – 18 xal, döyüşlərin fərqi - 25-5 (6 matç)
2. Leipzig Leopards – 10, 15-15 (6)
3. Mexico City Guerreros – 10, 16-13 (6)
4. Istanbul Bosphorus – 8, 14-16 (6)
5. Paris United – 7, 9-15 (5)
6. Beijing Dragons – 3, 5-20 (5)
"Baku Fires" növbəti matçını yanvarin 21-də "İstanbul Bosphorus" komandasına qarşı keçirəcək.
