12 yanvar 2012 11:46

Beijing Dragons - Baku Fires: heyətlər açıqlandı

Yanvarın 14-də Bakı vaxtı ilə saat 15:30-da Makaoda (Çin) “Zonqyi” İdman sarayında “Beijing Dragons” (Çin) və “Baku Fires” (Azərbaycan) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq komandaların heyətləri məlumdu.
 
Heyətlərlə sizi də tanış edirik:
 
Beijing Dragons - Baku Fires
54 kq. Kvinqksian Mai (Çin) - Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Ksiaohu Liu (Çin) – Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Donqksu Şanq (Çin) – Məhəmməd Nurudzinov (Belarus)
85 kq. Jianjenq Vanq (Çin) – Ramazan Məhəmmədov (Azərbaycan)
+91 kq. Cozef Dennis Parker (Yeni Zelandiya) – Hacı Murtuzəliyev (Azərbaycan)
 
54 kq-dək çəki dərəcəsində döyüş daha maraqlı olacağını vəd edir. Həm Mai, həm də Qermaxanov bu mövsümdə məğlubiyyətlə qarşılaşmayıblar. Çinli iki, bizim boksçumuz isə üç qələbə qazanıb. 
 
Bu komandalar arasında noyabrın 12-də Azərbaycanın paytaxtında baş tutmuş ilk qarşılaşmada “Baku Fires” 5:0 hesabı ilə inamlı qələbə qazanıb. Hazırkı heyətdən həmin qarşılaşmada Ramazan Məhəmmədov və Cozef Dennis Parker iştirak ediblər.
 
Qeyd edək ki, beş görüşdən sonra 15 mümkün xaldan 15-ni toplayaraq yüzfazilik göstəriciyə malik olan “Baku Fires” B qrupunda ilk yeri tutur. “Beijing Dragons” 4 görüş keçirib. Komandanın 3 xalı var və o qrupda sonuncu, altıncı yeri tutur. Qrupun ən yaxşı dörd komandası 1/4 finala yüksələcək.
 
Turnir cədvəli:
1. Baku Fires – 15 xal, döyüşlərin fərqi - 21-4 (5 matç)
2. Leipzig Leopards – 10, 15-10 (5)
3. Mexico City Guerreros – 7, 11-13 (5)
4. Paris United – 7, 8-11 (4)
5. Istanbul Bosphorus – 5, 10-15 (5)
6. Beijing Dragons – 3, 4-16 (4)
 
Bu həftə B qrupunda daha iki görüş baş tutacaq. Yanvarın 12-də “Mexico City Guerreros” (Meksika) “Leipzig Leopards”ı (Almaniya), 13-də isə “İstanbul Bosphorus” (Türkiyə) “Paris United”i (Fransa) qəbul edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.