11 yanvar 2012 14:31

Yığmamız bir araya gəldi, planlar açıqlandı

Boks üzrə milli komandamız təlim-məşq toplanışına yollanıb. Azerisport.az xəbər verir ki, əsasən, son Azərbaycan çempionatının qalibləri və gümüş mükafatçılarından təşkil olunmuş heyət Lənkəranda ümumi fiziki hazırlıq keçəcək.
 
Zədə səbəbindən ölkə çempionatında iştirak etməyən – Salman Əlizadə və  Elvin İsayev də məşq prossesinə qatılacaqlar. Uzun fasilədən sonra dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov, eləcə də 2005-ci ildə dünya çempionatında bürünc medala layiq görülmüş Emil Məhərrəmov da heyətə daxil edilib.
 
49 kq – Salman Əlizadə, Tural Əhmədov
52 kq – Cavid Çələbiyev
56 kq – Samir Məmmədov, Rəhim Nəcəfov
60 kq – Elvin İsayev, Tapdıq Bayramov
64 kq – Ruslan Qasımov
69 kq – Tamerlan Abdullayev, Emil Məhərrəmov
75 kq – Fariz Məmmədov
81 kq – Vətən Hüseynli, Rahib Bəylərov
91 kq – Kamran Mehdiyev
91+kq – Zamiq Atakişiyev, Fərid Şabanov
 
Təlim-məşq toplanışı yanvarın 30-dək yığmanın məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında keçəcək.
 
Olimpiya oyunlarına lisenziya qazanmış 5 boksçumuz – Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) isə yanvarın 16-da ABŞ-ın Mayami şəhərinə yola düşəcəklər. Boksçularımız fevralın 29-dək orada baş məşqçi Yevgeni Kotov və amerikalı peşəkar boks mütəxəssisləri ilə birgə fiziki hazırlığın gücləndirilməsi istiqamətində çalışacaqlar. Onlar vətənə döndükdən sonra martın 5-də Bakıda “Böyük İpək Yolu” beynəlxalq turnirində iştirak edəcəklər. Digər heyət isə fevralın 7-dən 12-ə kimi Macarıstanın Debretsen şəhərində keçiriləcək İstvan Bocskai memorialında və Sofiyada təşkil olunacaq (21-26 fevral) Stranja beynəlxalq turnirində mübarizə aparacaqlar.  

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.