27 dekabr 2011 12:22

“Samir məni heç də təəccübləndirmədi”

Boks üzrə ölkə çempionatı başa çatdıqdan sonra milli komandamızın baş məşqçisi Yevgeni Kotov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan çempionatında iştirakçılarının sayının xeyli artdığını və bir çox çəki dərəcələrində gərgin rəqabətin getdiyini deyib.
 
- İlk növbədə çempionatda iştirakçıların sayının yetərincə çox olduğunu demək istəyirəm. Əgər ötən il 100-ə yaxın boksçu mübarizə aparırdısa, bu dəfə 173 boksçu qələbə uğrunda döyüşdü. Əlbəttə, istərdim ki, boksçuların hazırlıq səviyyəsi daha yüksək olsun. Ancaq ölkə çempionatı üçün bunu normal saymaq mümkündür. Bu il bir sıra boksçular özlərini yaxşı tərəfdən göstərdilər. 49 kq çəki dərəcəsində gənc Tural Əhmədovu qeyd etmək istərdim. Onun yaxşı texnikası var. Bizdə 49 kq-da milli komandanın lideri Avropa çempionu Salman Əlizadədir. Əlizadə xəstələndiyindən bu yarışda iştirak etmirdi. Amma qarşıda hələ bir neçə turnir var. Əvvəlcə biz idmançıları Macarıstan və Bolqarıstanda keçiriləcək yarışlarda sınayacağıq. Yekun heyət isə martda – Bakıda “Böyük İpək Yolu” turnirində müəyyənləşəcək. Apreldə Türkiyədəki lisenziya turnirində ən güclü heyətlə iştirak etmək istəyirik. 52 kq çəki dərəcəsində Cavid Çələbiyevi də qeyd etmək istərdim. O, bir müddət öncə Surqutda Neft Ölkələrinin Dünya kubokunda birinci yeri tutmuşdu. Və həmin yarışın yarımfinalında monqolustanlı Olimpiya çempionunu məğlub etmişdi. Çələbiyev ölkə çempionatında da döyüşkən xarakter nümayiş etdirdi. Boksçuların səviyyəsi pis deyil. Əgər onlar düzgün hazırlıq keçsələr, yaxşı nəticələr əldə edə bilərlər.
 
- Uzun fasilədən sonra dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Onun qələbəsi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Samir məni heç də təəccübləndirmədi. Əksinə o, yüksək ustalıq səviyyəsini sübut etdi. Və heç də nahaq yerə çempionatın ən yaxşı boksçusu üçün ayrılmış mükafat ona təqdim olunmadı. Texniki hazırlığa görə Samir həmişə rəqiblərindən üstün olub. Finalda o, təcrübəli Rəhim Nəcəfovu böyük xal üstünlüyü ilə məğlub etdi. Onun lisenziya turnirinə getməsi ilə bağlı indidən bir söz deyə bilmərəm. Aprelə kimi bir neçə turnir olacaq. Və məhz həmin yarışlardan sonra Türkiyəyə yollanacaq 5 boksçunu müəyyənləşdirəcəyik.
 
- 69 kq çəki dərəcəsində böyük rəqabət var idi. Emil Əhmədov, Osman Əliyev, İsmət Eynullayev kimi boksçular finala vəsiqə qazana bilmədilər.
- Azərbaycan çempionatının qalibi olmuş Tamerlan Abdullayev gənc və istedadlı boksçudur. Onun təcrübəli Emil Məhərrəmovla final görüşü gərgin keçdi. 14:14 hesbında hakimlər qələbəni Abdullayevə verdilər. Tamerlan Azərbaycan çempionatının qalibi kimi əsas rəqiblərini az da olsa qabaqlayır. Amma yekun heyətlə bağlı hələ nəsə demək tezdir. 81 kq çəki dərəcəsində də Vətən Hüseynli yarımfinalda bərabər mübarizə şəraitində keçən döyüşdə Rahib Bəylərova uduzdu. Bu çəkidə dünya çempionatının iştirakçısı Ramil Əliyev də var. O, xəstə olduğu üçün yarışa qatıla bilmədi.
 
- Hansı çəki dərəcələrində boksçularımızın lisenziya qazanmaq şansları daha yüksək qiymətləndirilir?
- 49 kq çəki dərəcəsində lisenziya qazanmağı planlaşdırırıq. Avropa zonasından London Olimpiadasına bu çəkidə 5 boksçu vəsiqə qazanacaq. 69 kq-da isə 2 lisenziya qaıdığından bu çəkidə çox gərgin rəqabət olacaq. Amma çətin olacaq demək, mümkün olmayacaq demək deyil. Odur ki, lisenziyası olmayan boksçular Türkiyədəki turnirdə bu vəzifənin öhdəsindən gəlmək üçün əllərindən gələni etməlidirlər. Bizdə problemli çəki dərəcəsi yoxdur. Hər bir çəkidə yaxşı idmançılarımız var. Hələki heç kim Olimpiadada iştirak etmək imkanını itirməyib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.