24 dekabr 2011 00:56

Ölkə çempionatında yarımfinalçılar bəlli oldu

Bakı İdman Sarayında keçirilən boks üzrə böyüklər arasında ölkə çempionatında yarımfinalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, 1/4 final mərhələsində ən gərgin mübarizə 69 kq çəki dərəcəsində gedib.
 
Uzun illər milli komandamızın kapitanı olmuş, dünya çempionatının bürünc mükafatçısı Emil Məhərrəmovla ötən mövsüm WSB liqasında mübarizə aparan “Baku Fires” klubunun heyətində çıxış edən Osman Əliyevin döyüşü böyük maraqla gözlənilirdi. Məhərrəmov böyük üstünlüklə qalib gələrək (28:13) yarımfinala yüksəlib.
 
Bu il Bakıda keçirilən dünya çempionatında çıxış etmiş Emil Əhmədov da  yarışla vidalaşmalı olub. O, son ölkə çempionu, Bolqarıstanda keçirilmiş “Strandja” turnirinin bürünc mükafatçısı Tamerlan Abdullayevə 9:15 hesabı ilə uduzub. İsmət Eynullayev isə “Böyük İpək Yolu 2011” turnirinin qalibi olmuş Anar Cəfərovu məğlub edib – 27:21.
 
49 kq çəki dərəcəsində yarışın əsas favoritlərindən olan Tural Əhmədov tam üstünlüklə Əli Əhmədov üzərində qələbə qazanıb. Rahib Bəylərov və Vətən Hüseynli də (hər ikisi 81 kq) yarımfinala vəsiqə qazanıblar.
 
56 kq çəki dərəcəsində Dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov və milli komandamızın üzvü Rəhim Nəcəfov da yarımfinala yüksəliblər. Qeyd edək ki, yarımfinal döyüşləri dekabrın 24-ü saat 14-də start götürəcək.
 
49 kq
Xəyyam Məmmədov (Neftçi) – Sərxan Babayev (Rabitə) Məmmədov döyüşə çıxmayıb
Mehdi Fəttahzadə (DİN İC) 8:16 Adil Hacıyev (Ağdaş)
Kamran Vəlizadə (Biləsuvar) 21:18 Cavid Həsənov (Qızıl Əlcək)
Əli Əhmədov (Təhsil) – Tural Əhmədov (Rabitə) tam üstünlüklə Əhmədov qalib gəlib
 
60 kq
Salman İbrahimov (Rabitə) 19:16 Toğrul Maqsudov (Neftçi)
Kamran Baxşəliyev (Gömrükçü) 16:8 Mətin Hümmətov (Zenit)
Tapdıq Bayramov (Qızıl Əlcək) 25:12 Bilal Zeynalov (Rabitə)
İman Əhmədli (Gömrükçü) 8:4 Süleyman Mustafayev (Sərhədçi)
 
64 kq
Natiq Feyruzi (Gəncə) 8:13 Mehdi Mehdiyev (Neftçi)
Nurlan Məmmədov (Rabitə) 23:15 Rasim Mərdanov (İnter)
Elnur Əliyev (Rabitə) – Şahin Əliyev (Şirvan) tam üstünlüklə Əliyev qalib gəlib
Ruslan Qasımov (Neftçi) 19:12 Elnur Zeynalov (Rabitə)
 
69 kq
Emil Əhmədov (Neftçi) 9:15 Tamerlan Abdullayev (Rabitə)
İsmət Eynullayev (Rabitə) 27:21 Anar Cəfərov (Gömrükçü)
Emil Məhərrəmov (Rabitə) 28:13 Osman Əliyev (Baku Fires)
Bəxtiyar Nadirov (Siyəzən) 19:13 Babək Rüstəmov (Şirvan)
 
75 kq
Sənan Həsənov (Cəlilabad) 13:19 Vüqar Kərimov (İnter)
Fərid Mirzəbəyov (Qusar) 3:16 Yolçu Zeynalov (Rabitə)
Xaqani Cəfərov (DİN İC) 2:21 Fariz Məmmədov (Lokomotiv)
Sarvan Əliyev (Naxçıvan) 17:10 Sənan Rzayev (Rabitə)
 
81 kq
Rahib Bəylərov (Rabitə) 17:6 Hüseyn Qasımov (Neftçi)
Qorxmaz Vəliyev (DİN İC) – Vətən Hüseynli (Rabitə) tam üstünlüklə Hüseynli qalib gəlib
Rəhman Şıxəliyev (Sumqayıt) – Təyyar Hüseynzadə (Füzuli) tam üstünlüklə Şıxəliyev qalib gəlib
Bayram Məmmədov (Qızıl Əlcək) 18:13 Fərid Ağayev (Rabitə)
 
91 kq
Sirac Ələkbərov (Qızıl Əlcək) 7:21 Hacıbaba Hacıbabayev (Rabitə)
Ziyalət Məmmədov (Təhsil) – Nahid Uzdenov (Qusar) tam üstünlüklə Məmmədov qalib gəlib
Fəqan Ömərov (Neftçi) 22:15 Teymur Əsgərov ( Qızıl Əlcək)
Kamran Mehdiyev (Rabitə) 18:13 Anar Məmmədov (Siyəzən)
 
91+kq
Sabit Hüseynov (Lənkəran) – Orxan Abdiyev (Gəncə) tam üstünlüklə Abdiyev qalib gəlib
Zəfər Cəfərov (Cəlilabad) 7:21 Fərid Şabanov (Rabitə)
Zamiq Atakişiyev (Naxçıvan klubu) 19:10 Elçin İsmayılov (Neftçi)
Maqsud Maqsudov (Siyəzən) – Fərid İbrahimli (Naxçıvan) tam üstünlüklə İbrahimli qalib gəlib

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.