21 dekabr 2011 00:31
Baku Firesdən xeyriyyə aksiyası (FOTOLAR)
“Baku Fires” komandası növbəti xeyriyyə aksiyası keçirib. Azerisport.az xəbər verir ki, aksiya çərçivəsində boksçular Xəzər rayonunun Zağulba qəsəbəsində Respublika Uşaq Sanatoriyasını ziyarət ediblər.
“Baku Fires”ın nümayəndələri uşaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib və onlara hədiyyələr – oyuncaqlar, şirniyyatlar, meyvələr təqdim ediblər. Uşaqlara küknar ağacı hədiyyə edilib və sonra onlar boksçularla birlikdə bu ağacı bəzəyiblər.
Bundan başqa, komandanın adından sanatoriyaya kompyuter və böyük LCD-televizor hədiyyə edilib.
Sonra oyunlar və davamlı söhbət aparılıb, bundan sonra isə komanda sanatoriyanı tərk edib.
