19 dekabr 2011 14:36
Boks üzrə Azərbaycan çempionatı başlayır
Dekabrın 20-də Bakı İdman Sarayında boks üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 17 yaşından 34 yaşa kimi boksçular iştirak edə bilər.
Azərbaycan çempionatında idman cəmiyyətləri, klubları, şəhər və rayon yığma komandalarının heyətinə daxil olan idmançılar mübarizə aparacaq. İlk 3 yeri tutan boksçular ABF tərəfindən diplom, medal və qiymətli mükafatlarla təltif olunacaqlar. Ölkə çempionatına dekabrın 24-də keçiriləcək final döyüşlərindən sonra yekun vurulacaq.
