18 dekabr 2011 00:06

Baku Firesdən ardıcıl beşinci qələbə!

Dekabrın 17-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turun matçında Azərbaycanın “Baku Fires” və Meksikanın “Mexico City Guerreros” komandaları qarşılaşıblar. Azerisport.az xəbər verir ki, “Baku Fires” klubu 5:0 hesabı ilə qalib gəlib və “B” qrupunda şəriksiz liderliyini qoruyub.
 
Döyüşlərin nəticələri:
 
Baku Fires – Mexico City Guerreros – 5:0
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika) – 49:46, 46:49, 49:46
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan) – 48:47, 47:48, 49:46
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ) – Mürsəlov 3-cü raundda texniki nokautla qələbə qazanıb
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç) – 48:47, 48:47, 47:48
+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador) – Kuinonyesa Bakıya gec gəldiyinə görə məğlubiyyət verilib
 
Baku Fires növbəti matçını yanvarın 14-də Çində keçirəcək. Rəqib yerli “Beijing Dragons” klubu olacaq.
 
Dünən qrupumuzda daha iki matç baş tutub: “Istanbul Bosphorus” (Türkiyə) – “Beijing Dragons” (Çin) – 4:1, “Leipzig Leopards” (Almaniya) – “Paris United” (Fransa) – 2:3.
 
Turnir cədvəli:
1. Baku Fires – 15 xal, döyüşlərin fərqi - 21-4 (5 matç)
2. Leipzig Leopards – 10, 15-10 (5)
3. Mexico City Guerreros – 7, 11-13 (5)
4. Paris United – 7, 8-11 (4)
5. Istanbul Bosphorus – 5, 10-15 (5)
6. Beijing Dragons – 3, 4-16 (4)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.