16 dekabr 2011 19:17

“Bu gözlərdə hansı nəticəni görürsünüz”? (FOTOLAR)

Bu gün “Sərhədçi” Olimpiya idman mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turunun “Baku Fires” (Azərbaycan) və “Mexico City Guerreros” (Meksika) komandaları arasında keçiriləcək sabahkı matçına həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, ilk olaraq WSB-nin supervayzeri Adam Kusior giriş nitqi ilə çıxış edib:
 
“Artıq ikinci dəfədi ki burdayam. “Leipzig Leopards”la ötən döyüş zamanı Bakıda idim. Meksika komandası ilə üçüncü dəfə qarşılaşıram. Düşünürəm sabah bizi yaxşı döyüşlər gözləyir”.
 
Sonra çəki mərasimi başlayıb. Mərasimdə “Mexico City Guerreros”un iki boksçusu - meksikalı Aaron Alameda və ekvadorlu Xorxe Kuinonyes iştirak edə bilməyiblər. Viza ilə əlaqədar onlar Bakıya sabah səhər gələcəklər.
 
Çəki mərasimdən sonra “Baku Fires”ın baş meneceri Rizvan Gənciyev, komandamızın baş məşqçisi Həmzət Ağayev, “Mexico City Guerreros”un baş meneceri Mariana Kabalyero və qonaqların məşqçisi Gilyermo Bekerrilin iştirakı ilə mətbuat konfransı baş tutub.
 
“Fürsətdən istifadə edərək Azərbaycan Boks Federasiyasının prezidenti, bizim rəhbərimiz, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu FHN işçilərinin peşə bayramı münasibətilə təbrik edirəm, - deyə, Rizvan Gənciyev bəyan edib. – Bizi ağır qarşılaşma gözləyir. Ümid edirəm, beşinci qələbəni qazana və ili major notlarla bitirə biləcəyik. Məlum olduğu kimi, WSB-də transfer pəncərəsi dekabrın 20-də açılır. Güclənməyi planlaşdırırıq. Azərbaycan çempionatının döyüşlərini izləyəcək, boksçuları nəzərdən keçirəcəyik. Xarici boksçularla da danışıqlar aparılır, lakin hələlik konkret adlar çəkməyəcəyəm”.
 
Daha sonra baş məşqçi Həmzət Ağayev danışıb: “Artıq baş menecerimizin dediyi bayramla əlaqədar sabah inamlı və gözəl qələbə qazanacağımıza ümid edirik. Sabah hesab necə olacaq? Boksçularımızın gözlərinə baxın. Bu gözlərdə hansı nəticəni görürsünüz? Meksika komandası ilə döyüşə fəal surətdə hazırlaşmışıq. Onun barəsində çox şeyi bilirik. Onların güclü tərəfi – yüngül çəkilərdir. “Mexico City Guerreros” möhkəm və yaxşı komandadı. Lakin boksçularımız əla hazırlıqlıdırlar və qalib gəlmək niyyətindədirlər”.
 
Mariana Kabalyero isə bunları dilə gətirib: “Baku Fires” və Bakı şəhərinə qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Təəssüf ki, iki boksçumuz hələ gəlməyib. Lakin düşünmürəm ki, gec gəlmələri onlara təsir göstərəcək. Boksçular hazırdırlarsa, o zaman vəziyyətdən asılı olmayaraq qələbə qazanacaqlar”.
 
Qeyd edək ki, komandaların heyəti aşağıdakı kimidi:
 
Baku Fires – Mexico City Guerreros
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ)
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç)
+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador)
 
Turnir cədvəli:
 
1. Baku Fires – 12 xal, döyüşlərin fərqi - 16-4 (4 matç)
2. Leipzig Leopards – 9, 13-7 (4)
3. Mexico City Guerreros – 7, 11-8 (4)
4. Paris United – 4, 5-9 (3)
5. Beijing Dragons – 3, 3-12 (3)
6. Istanbul Bosphorus – 2, 6-14 (4)
 
Dekabrın 16-da “В” qrupunda daha iki matç baş tutacaq: Istanbul Bosphorus (Türkiyə) – Beijing Dragons (Çin) və Leipzig Leopards (Almaniya) – Paris United (Fransa). 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.