16 dekabr 2011 16:58
Azərbaycan AÇ-ni 5 medalla başa vurdu
Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışa 7 boksçu ilə yollanmış milli komandamız 5 bürünc medala sahib olub.
Kamran Məlikov (52 kq), Şaban Şahpələngov (56 kq), Elnur Zeynalov (64 kq), Rauf Rəhimov (81 kq) və Fərid Paşayev (91+kq) Avropa çempionatını 3-cü yerdə başa vurublar. Tələbələr arasında yarışda 18 ölkənin 100-ə yaxın boksçusu mübarizə aparıb. Boksçularımızdan yalnız Salman İbrahimov (60 kq) və Yolçu Zeynalov (75 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Ceyhun Əbiyev yarışda ölkəmizi hakim kimi təmsil edib.
