15 dekabr 2011 00:44
Baku Fires-in heyəti tam dəyişdirildi
Dekabrın 17-də saat 20:00-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turun matçında Azərbaycanın “Baku Fires” və Meksikanın “Mexico City Guerreros” komandaları qarşılaşacaqlar. Azerisport.az xəbər verir ki, artıq komandaların heyətləri də məlumdu.
Onlarla sizi tanış edirik:
BakuFires – Mexico City Guerreros
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika)
61 kq. Mədadi Naqzibəyov(Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan)
73 kq.Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ)
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç)
+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador)
WSB-nın reqlamentinə asasən boksçular döyüşdən sonra 12 gün ərzində rinqə çıxa bilməzlər. Ona görə də “Leipzig Leopards”ı (5:0) məğlub edən “Baku Fires”ın heyəti tam dəyişdirilib.
Meksikalılarla matça hazirlaşan beş boksçumuzdan hamısı bu mövsümdə hərəyə iki döyüş keçiriblər.Qairbek Qermaxanov, Mədadi Naqzibəyov və Azamat Murtuzəliyev iki dəfə qalib gəliblər, Heybulla Mürsəlovun aktivində bir qələbə bir məğlubiyyət var, Hacı Murtuzəliyev isə hər iki döyüşdə uduzub.
“Mexico City Guerreros”un heyətində Asiya çempionatının və Asiya Oyunlarının mükafatçısı Xurşıd Tocibayev və Cənubi Amerikanın çempionu Xorxe Kuinonyesı qeyd etmək olar.
Turnir cədvəli:
1. Baku Fires – 12 xal, döyüşlərin fərqi - 16-4(4 matç)
2. Leipzig Leopards – 9, 13-7 (4)
3. Mexico City Guerreros – 7, 11-8 (4)
4. Paris United – 4, 5-9 (3)
5. Beijing Dragons – 3, 3-12 (3)
6. Istanbul Bosphorus – 2, 6-14 (4)
Dekabrın 16-da «В» qrupunda daha iki matç baş tutacaq: “Istanbul Bosphorus” (Türkiyə) – “Beijing Dragons” (Çin) və “Leipzig Leopards” (Almaniya) – “Paris United” (Fransa).
