15 dekabr 2011 15:34

Azərbaycan üçün AÇ-də 5 bürünc şansı

Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatının finalçıları məlum olub. Təssüff ki, yarımfinal mərhələsinin döyüşləri Azərbaycan idmançıları üçün uğursuz olub. Azerisport.az xəbər verir ki, rinqə çıxan 5 boksçumuzun hamısı məğlubiyyətlə üzləşib.
 
Ancaq Şaban Şahpələngovla (56 kq), Rauf Rəhimovun məğlubiyyətində hakimlərin də “rolu” olub. 2010-cu ilin gənclər arasında dünya çempionu Şahpələngovun ukraynalı Dmitri Rudenkoyla görüşü 11:11 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər. Boksçumuz bürünc medal uğrunda görüşdə fransalı Nurəddin Ait İhya ilə qarşılaşacaq. Rauf Rəhimov da eyni aqibətlə üzləşib. Bu il gənclər arasında Avropa çempionu olan boksçumuzun Rusiya təmsilçisi Tahir Pirdamovla qarşılaşması 9:9 hesabı ilə başa çatıb. Ancaq hakimlər qələbəni yerli idmançıya veriblər. Rəhimov bürünc medal qazanmaq üçün Ukrayna təmsilçisi Ənvər Tuxtarovu məğlub etməlidir.  52 kq çəki dərəcəsində yarışan Kamran Məlikov yarımfinalda Ukrayna boksçusu Denis Yaşuka 12:16 hesabı ilə məğlub olub.  O, 3-cü yer uğrunda görüşdə Moldova nümayəndəsi Dmitri Suxodolski ilə üz-üzə gələcək.  Elnur Zeynalov (64 kq) da finala vəsiqə qazana bilməyib. Həmyerlimiz yarımfinalda rusiyalı Ruslan Urixə 10:18 hesabıyla uduzub.  Boksçumuzun bürünc medal uğrunda rəqibi Moldova idmançısı Violin Berzoy olacaq. Superağır çəki dərəcəsində mübarizə aparan Fərid Paşayev isə yarımfinalda yunanıstanlı Yevgenios Lazaridisə 8:13 hesabıyla uduzub. O, dekabrın 15-də rusiyalı Stepan Vinnikovu məğlub edə bilsə, 3-cü yerin sahibi olacaq.
 
Qeyd edək ki, əsasnaməyə görə, yarımfinalda uduzan boksçulara birbaşa bürünc medal verilmir. Onlar 3-cü yer tutmaq üçün əlavə görüş keçirməli olurlar.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.