14 dekabr 2011 00:31

5 boksçumuz Avropa çempionatının yarımfinalına adladı

Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün milli komandamızın daha bir üzvü qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb.
 
64 kq çəki dərəcəsində mübarizə aparan Elnur Zeynalovun irlandiyalı Rohan Deytlə görüşü 13:13 hesabı ilə başa çatıb. Ancaq hakimlər qələbəni daha fəal döyüşən həmyerlimizə veriblər. Zeynalov dekabrın 14-də keçiriləcək yarımfinalda rusiyalı Ruslan Urixlə qarşılaşacaq. Yarımfinal mərhələsində milli komandamızın daha 4 üzvü gücünü sınayacaq. Kamran Məlikov (52 kq) ukraynalı Denis Yaşukla, Şaban Şahpələngov (56 kq) ukraynalı Dmitri Rudenkoyla, Rauf Rəhimov (81 kq) rusiyalı Tahir Pirdamovla, Fərid Paşayev (91+kq) isə yunanıstanlı Yevgenios Lazaridislə üz-üzə gələcək.
 
Tələbələr arasında Avropa çempionatına dekabrın 15-də yekun vurulacaq. Xatırladaq ki, yarışda Azərbaycan boksçularından başqa, Rusiya, Belarus, Danimarka, Latviya, Litva, Polşa, İrlandiya, İslandiya, Fransa, Ukrayna, Yunanıstan, Moldova, Estoniya və İsveç idmançıları iştirak edir.  

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.