12 dekabr 2011 12:34

Azərbaycan yığması bütün rəqiblərindən güclü oldu

Azərbaycan boksunun banisi hesab olunan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda millimiz 3 qızıl, 3 gümüş və 5 bürünc medala sahib olaraq, ümumkomanda hesabında birinci yeri tutub.
 
Ukrayna yığması ikinci, Rusiya isə üçüncü nəticə göstərib. 52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda Rusiya nümayəndəsi Bəxtovar Nəzirovu 19:16 hesabı ilə məğlub edərək, 1-ci yerə layiq görülüb. Gənclər arasında Avropa çempionu Pərviz Bağırov da (64 kq) həlledici görüşdə Rusiya boksçusu üzərində qələbə qazanıb. Həmyerlimiz Sergey Soblinskiyi 21:13 hesabı ilə üstələyib. Gənclərdən ibarət milli komandamızın daha bir üzvü – Hacıbaba Hacıbabayev də Ağalarovun xatirəsinə həsr olunmuş turniri 1-ci sırada tamamlayıb. O, finalda qazaxıstanlı Alişer Amanı 19:12 hesabı ilə məğlub edib.  Turnirin ən yaxşı boksçusu üçün ayrılmış xüsusi mükafat  Pərviz Bağırova təqdim olunub.
 
Filal görüşlərinin nəticələri
49 kq: Oljas Kalaubek (Qazaxıstan) 12:12 İqor Sopinski (Ukrayna) qələbə Ukrayna boksçusuna verilib
52 kq: Tural Əhmədov (Azərbaycan) 19:16 Bəxtovar Nəzirov (Rusiya)
56 kq: Ajay Kumar (Hindistan) 14:13 Nəsrəddin Məmmədov (Azərbaycan)
60 kq: Elnur Abduraimov (Özbəkistan) 6:17 Aliyer Norayev (Özbəkistan)
64 kq: Pərviz Bağırov (Azərbaycan) 21:13 Sergey Soblinskiy (Rusiya)
69 kq: Saqi Salehli (Azərbaycan) 6:14 İqor Xaritonov (Rusiya)
75 kq: Leonid Sinani (Ukaryna) 7:12 Tursinbay Kulaxmetov (Qazaxıstan)
81 kq: Dilmurad Satibaldiyev (Ukrayna) 8:11 İdris Şaxmanov (Rusiya)
91 kq: Alişer Aman (Qazaxıstan) 12:19 Hacıbaba Hacıbabayev (Azərbaycan)
91+kq: Sadiq Səmədov (Azərbaycan) – Boqdan Blajko (Ukrayna) Səmədov döyüşə çıxmayıb
 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.