12 dekabr 2011 00:08

Yığmamızın 6 üzvü finala çıxdı

Şağan Olimpiya İdman Kompleksində Abbas Ağalarovun xatirəsinə həsr olunmuş boks yarışında finalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, gənclər arasında keçirilən turnirin final görüşlərində milli komandamızın 6 üzvü də mübarizə aparacaq.
 
Bu il “Böyük İpək Yolu” turnirində qalib gəlmiş Tural Əhmədov (52 kq) yarımfinalda komanda yoldaşı Qoşqar Səfərlini 20:12 hesabı ilə məğlub edib. Əhmədov həlledici görüşdə Rusiya nümayəndəsi Bəxtovar Nazirovla qarşılaşacaq. 2011-ci ildə İrlandiyada keçirilmiş gənclər arasında Avropa birinciliyinin qalibi olmuş Pərviz Bağırov da (64 kq) finalda yerini təmin edib. Yarımfinalda özbəkistanlı Ənvər Turabovu 10:7 hesabı ilə üstələyən boksçumuz qızıl medal uğrunda döyüşdə rusiyalı Sergey Soblinskiylə üz-üzə gələcək.  Nəsrəddin Məmmədov (56 kq), Saqi Salehli (69 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Sadiq Səmədov da (91+kq) finaıla vəsiqə qazanıblar. 75 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı Orxan Mayıllı və yeniyetmələr arasında Avropa birinciliyinin bürünc medalçısı Rahil Məmmədli yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətləniblər.
 
Azərbaycandan sonra finalda ən çox təmsilçisi olan  Rusiya və Ukraynadır. Bu ölkələrin hərəsinin 4 boksçusu həlledici görüşə vəsiqə əldə ediblər. Qazaxıstanın 3 boksçusu qızıl medal uğrunda döyüşəcək. Turnirə dekabrın 11-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.