11 dekabr 2011 00:28

Yığmamızın 11 üzvü yarımfinalda

Şağan Olimpiya İdman Kompleksində Abbas Ağalarovun xatirəsinə həsr olunmuş ənənəvi boks turniri sona yaxınlaşmaq  üzrədi. Azerisport.az xəbər verir ki, gənclər arasında keçirilən yarışda artıq yarımfinalçıların adları məlum olub.
 
Yarımfinala vəsiqə qazananlar arasında milli komandamızın 11 üzvü də var. Boksçularımız yalnız 2 çəki dərəcəsində - 49və 60 kq-da təmsil olunmurlar.
 
52 kq çəki dərəcəsində iki həmyerlimiz – Qoşqar Səfərli ilə Tural Əhmədov arasında döyüş böyük maraqla gözlənilir. Əhmədov bu il “Böyük İpək Yolu” yarışında qalib gəlməklə diqqəti öz üzərinə cəmləmişdi.  O, gənclər arasında Avropa birinciliyində 2 görüşdə qalib gəlsə də, sonradan yerli idmançıya məğlub olmuşdu. Gənclər arasında Avropa birinciliyinin qalibi Pərviz Bağırov da (64 kq) yarımfinaıla vəsiqə qazanıb. Millimizin üzvü finala vəsiqə uğrunda özbəkistanlı Ənvər Turapovla döyüşəcək. Yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı Orxan Mayıllı (75 kq) yarımfinalda qazaxıstanlı Tursinbay Kulaxmedovla üz-üzə gələcək.
 
Azərbaycandan başqa, yarımfinalda ən çox nümayəndəsi olan ölkələr Rusiya və Ukraynadır. Bu komandalar yarımfinalda 6 boksçu ilə təmsil olunurlar. Xatirə turnirinə dekabrın 11-də yekun vurulacaq.
 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.