8 dekabr 2011 01:47
Baku Fires – Leipzig Leopards: heyətlər bəllidi
Dekabrın 10-da saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turun matçında Azərbaycanın “Baku Fires” və Almaniyanın “Leipzig Leopards” komandaları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, klublar hərəyə 9 xal toplayıb və “B” qrupunda ilk iki pilləni tuturlar.
Artıq komandaların heyətləri artıq məlumdu. Onlarla sizi də tanış edirik:
BakuFires – Leipzig Leopards
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Edqar Valt (Almaniya)
61 kq. Semyon Qrivaçyov (Azərbaycan) – Eugen Burxard (Almaniya)
73 kq. Nikolay Veselov (Belarus) – Denis Radovan (Almaniya)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Kennet İqan (İrlandiya)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Kornelius Şıxan (İrlandiya)
Qeyd edək ki, bu matçda Nikolay Veselov Baku Fires-ın heyətində birinci döyüşünü keçirəcək. Avro-2010-un bürünc mükafatçısının rəqibi gənclər arasında dünya çempionatının medalçısı Denis Radovan olacaq. Digər 4 boksçumuz artıq hərəyə bir döyüş keçiriblər və qələbə qazanıblar.
“Leipzig Leopards”ın heyətində ən tanınmış boksçu Kennet İqandır. İrlandiyalı Pekin Olimpiadasında gümüş medal qazanıb.
Turnir cədvəli:
-
LeipzigLeopards – 9 xal, döyüşlərin fərqi - 13-2
-
BakuFires– 9, 11-4
-
MexicoCityGuerreros– 4, 7-7
-
ParisUnited– 4, 5-9
-
BeijingDragons– 3, 3-12
-
IstanbulBosphorus– 2, 5-10
Bu həftə “B” qrupunda daha bir matç baş tutacaq: Mexico City Guerreros - Istanbul Bosphorus. Paris United - Beijing Dragons görüşü təxirə salınıb və yanvarın 31-də keçiriləcək.
