3 dekabr 2011 11:50
Baku Fires mühüm qələbəyə sevindi
Parisin Pyerde Kuberten İdman Sarayında Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun matçında Fransanın “ParisUnited” və Azərbaycanın “Baku Fires” komandaları qarşılaşıblar. Azerisport.az xəbər verir ki, klubumuz 3:2 hesabı ilə qələbə qazanıb və “B” qrupunda 1-ci yerə qalxıb.
Beləliklə “Baku Fires” ötənilki mövsümün yarımfinalında yaşanan məğlubiyətin əvəzini çıxıb.
Döyüşlərin nəticələri:
ParisUnited - Baku Fires
54 kq. Aleksandr Rıskan (Moldova) – Qairbek Qermaxanov(Azərbaycan) - 49:46, 47:48, 47:48
61 kq. Lyubomir Maryanoviç (Serbiya) – Mədadi Naqzibəyov(Tacikistan) – 45:50, 45:50, 45:50
73 kq. Mişel Tavares (Fransa) – Heybulla Mürsəlov (Azərbaycan) - 47:48, 48:47, 48:47
85 kq. Jorj Mayer (Fransa) – Azamat Murtuzəliyev (Azərbaycan) – 45:49, 45:49, 45:49
+91 kq. Filip Xrqoviç (Xorvatiya) - Hacı Murtuzəliyev (Azərbaycan) – 50:45, 50:44, 50:45
“Baku Fires” artıq 9 xal toplayıb. Turnir cədvəli aşağıdakı kimidi:
1. Baku Fires – 9 xal, döyüşlərin fərqi - 11-4 (3 matç)
2. Leipzig Leopards – 6, 9-1 (2)
3. Paris United – 4, 5-9 (3)
4. Mexico City Guerreros– 3, 5-4 (2)
5. Istanbul Bosphorus– 2, 4-6 (2)
6. Beijing Dragons– 0, 0-10 (2)
