1 dekabr 2011 14:31
“Qrupumuzdakı vəziyyət çətin mübarizə vəd edir”
Azerisport.az sizi “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyevin müsahibəsiilə tanış edir.
- İlk iki matçda “Baku Fires” komandası sizdə hansı təəssüratları oyatdı?
- “Wuxi Dragons” və “Istanbul Bosphorus” komandaları ilə qarşılaşmalarda boksçularımız kifayət qədər yaxşı çıxış etdilər. Sevindirici haldır ki, qalib gəldik. Komandamızınnəzərə çarpacaq dərəcədə yeniləndiyini nəzərə alsaq, bu çox yaxşı nəticədi.Türkiyə komandası üzərində səfərdə qazanılan qələbə xüsusilə sevindirici oldu. Axı evdə “doğma divarlar” amili komandaya kömək edir. Düşünürəm ki, “Baku Fires”ın boksçuları matçdan-matça artıracaqlar.
- Dekabrın 2-də “Baku Fires”ı ötən mövsüm yarımfinalda məğlub olduğumuz fransız komandası “Paris United”lə prinsipial görüş gözləyir…
- Çox istəyirik ki, Parisdə qalib gələk. “Paris United” çox güclü klubdu, azarkeşlərinin əhatəsində fransızlara qalib gəlmək çox çətindir. Lakin biz uğur qazanmağa çalışacağıq. Parisə qələbə üçün gəlmişik.
- “Baku Fires” və “Leipzig Leopards” (Almaniya) komandalarının yüzfaizlik nəticə göstərdiyi “B” qrupunda vəziyyəti ümumilikdə necə qiymətləndirərdiniz?
- Açığını desəm, “Leipzig Leopards” bizim üçün müəmmalı komandadır. Biz bu komandanı iş başında hələ görməmişik. Lakin almanların startda qazandıqları iki qələbə çox şeydən xəbər verir. “Mexico City Guerreros” komandası da çox güclüdür. Latın Amerikalı boksçular 2-ci turda fransızlar üzərində boş yerə inamlı qələbə qazanmayıblar. Odur ki, bizim qrupumuzda vəziyyət çətinmübarizə vəd edir.
- Dekabrın 20-dən yanvarın 1-dək WSB-də “transferpəncərəsi” açıqolacaq. “BakuFires” güclənməyi planlaşdırırmı?
- Bəli, əlbəttə. Bizim sıralarımızı çox güman ki, azərbaycanlı boksçularla yanaşı xarici boksçular da tamamlayacaq. Yerli boksçuları dekabrdakeçiriləcəkAzərbaycançempionatı zamanı izləyəcəyik. Xaricilərə gəldikdə isə, onlar da bizə lazımdırlar, çünki WSB-nin əsasnaməsibunu tələb edir. Hər matçdaənazı bir legioner iştiraketməlidi. Bundan əlavə, əgər komandada boksçuların ümumi sayı artırsa, o zaman xaricilərin də sayı artmalıdır.
- Hansı ölkələrin legionerləri ilə danışıqlar aparırsınız?
- Postsovet məkanı ölkələrdən olan boksçularla.
