1 dekabr 2011 13:54

“Onlardan güclü olduğumuzu nümayiş etdirmək niyyətindəyik”

Azerisport.az sizi “Baku Fires” klubunun baş məşqçisi Həmzət Ağayevın müsahibəsi ilə tanış edir:

- “Baku Fires” WSB-nın  ilk iki matçında qələbə qazandı. “Wuxi Dragons” və “Istanbul Bosphorus”la qarşılaşmaları haqqında nə deyə bilərsiniz?
- Qalib gəlmək həmişə xoşdur. Turnirin əvvəlində belə arzuolunan nəticə əldə edə bilməyimiz bizi sevindirir. Çinlilərə qalib gəldiyimiz matçda hesab fərqi lap böyük oldu - 5:0, lakin bu o demək deyil ki, Wuxi Dragons zəif komandadır. Bu klubda güclü boksçular var və çox yaxında digər komandalar da buna əmin olacaqlar. İstanbulda keçirilən matça gəldikdə isə, səfərdə qələbə qazanmaq elə də asan iş deyil. Buna da nail olduğumuza şadam. Komandaya yeni gələnlər bizi sevindirsələr də, heyətimizin tərkibi yenə də tamamlanmamış olaraq qalır.   
 
- İlk növbədə hansı çəki dərəcələrin gücləndirilməsinə ehtiyac var?
- Ağır çəkilər – 85 kq-a qədər və 91 kq-dan yuxarı. Gərək bu dərəcələrin hər birində heç olmasa bir boksçu götürək, yoxsa boksçulardan kimsə zədə alsa, ehtiyat idmançımız olmayacaq. 
 
- Baku Fires-ın boksçularından hansını ilk iki matçın nəticələrinə görə fərqləndirmək olar?
- Texniki nokautla qələbə qazanan Qairbek Qermaxanovun adını xüsusilə vurğulamaq istərdim. Azamat Murtuzəliyevi də qeyd etmək lazımdır. Türkiyədəki matça qədər o, xəstə idi və qələbə qazanacağına elə də güclü inamımız yox idi. Lakin Azamat şücaət nümayiş etdirdi və qələbəyə nail ola bildi.  
 
- “Paris United” ilə matçda revanş şanslarımızı necə qiymətləndirirsiniz?
- Ötənilki məğlubiyyətimizi unutmamışıq. Düşünürəm ki, fransızlar da həmin qarşıdurmanı xatırlayırlar. Onlar qələbəni təsadüfən qazanmadıqlarını sübuta yetirməyə səy göstərəcəklər. Lakin biz isə əksinə, dünyaya onlardan güclü olduğumuzu nümayiş etdirmək niyyətindəyik. Hər iki komanda xüsusi döyüş əhval-ruhiyyəsində olacaq.
 
- 2012-ci il Olimpiadasının gələcək iştirakçıları Məhəmmədrəsul Məcidovvə Soltan Migitinovun adları “Baku Fires”ın heyətinə daxil edilsə də, onlar hələ çıxış etmirlər. Bu boksçuların WSB rinqinə nə vaxt çıxacaqları gözlənilir?
- Düşünürəm ki, Yeni ildən sonra. İndi bu boksçular Olimpiadanın iştirakçıları kimi, xüsusi proqram üzrə hazırlıq keçirlər. Soltan Surqutda keçirilən turnirdə iştirak etdi, Maqomedrəsula isə istirahət üçün vaxt verildi. O, məlum olduğu kimi, dünyanən ən güclü boksçusu hesab olunur, bununla əlaqədar olaraq da onu müxtəlif beynəlxalq tədbirlərə dəvət edirlər. Lakin yanvardan etibarən onların hər ikisini komandamızda görməyə ümid edirik.

 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.