30 noyabr 2011 20:02
Rusiya və Türkiyə milliləri dekabrda Bakıya gəlir
Dekabrda Bakıda boks üzrə iki turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, bunlardan biri Azərbaycan boksunun banisi hesab olunan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında beynəlxalq turnir, digəri isə böyüklər arasında ölkə çempionatıdır.
Abbas Ağalarovun xatirə turniri dekbrın 5-dən 12-ə kimi Şagan Olimpiya İdman Kompleksində keçiriləcək. Artıq Rusiya, Hindistan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Dağıstan komandaları Bakıya gələcəklərini təsdiq ediblər. Dəvət göndərilmiş digər ölkələrin boks federasiyaları yaxın günlərdə bununla bağlı yekun qərarlarını açıqlayacaqlar.
Azərbaycan çempionatı isə dekabrın 19-dan 25-ə kimi Bakı İdman Sarayında keçiriləcək.
